Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

SƏN QARIŞMA

 

 (kiçik hekayə)

Yenixeber.org: Hava çox bürküydü,nəfəs almaq olmurdu.Sərinkeşi yandırıb uzanmışdım divanda.Xəyalən özümü kəndimizdəki “Aydın bulağı”nın başında hiss edirdim.Məni şirin xəyaldan ev telfonunun aramsız zəngi ayırdı.Sanki telefonun zəngində bir qorxu,bir həyacan vardı.

 Divandan qalxıb dəstəyi qaldırdım.Zəng edən qonşunun qızı Laləydi.Səsindən tanıdım. O,həyacanla:-İlyas əmi,tez bizə gəlin.Atam anamı öldürür.
Lalədən atasının anasını niyə öldürməyinin səbəbini soruşmadan tələsik özümü saldım qonşunun həyətinə.Nə görsəm yaxşıdır? Cəfərqulu əlində iri bir lapatka sapı arvadı Zərnişanı həyət boyu teyim-teyim teyləyir.Mənim gəldiyimi görən Zərnişan məni xilaskarı bilib qaça-qaça üzünü mənə tutub: -İlyasqardaş,onun əlindəki qapatka sapını alın,yoxsa sındırmamış sümüyümü qoymayacaq.
Cəfərqulu böyrümdən keçəndə qolundan tutub saxlamaq istədim.Acıqlı-acıqlı üstümə çımxırdı:
-Qonşu,bu ailə məsələsidir,sən qarışma!-dedi və əlimdən sivrlib hələ də qaçan Zərnişanın dalınca götürüldü.Mən Cəfərqulunu saxlamaq istəyən vaxt Zərnişan ondan xeyli aralanmışdı.Yadıma gəlir ki Zərnişan məndən iki sinif aşağıda oxuyurdu.İdmanın qaçış növü yarışlarında iştirak edirdi.Hətta dəfələrlə rayon birinciliyinin qalibi də olmuşdu.Ona görə də kənddə topal Cəfərqulu kimi tanınan əri nə qədər qaçırdısa da ona çata bilmirdi.
Cəfərqulu Zərnişanı qovmağında olsun,mən də bu vaxtdan istifadə edib Zərnişanı bu natarazın əlindən qurtarmağın yolunu tapım.Bir anlıq barmağımla başımı qaşıyıram,sonra barmağımı çənəmə qoyub güya ki,fikirləşirəm.Nə.yadıma düşdü.Cəfərqulu böyrümdən keçəndə badalaq verim yıxılsın.Həyacanla Cəfərqulunun yanımdan keçməyini gözləyirəm.Hə,budur o çatır.Qəfildən ayağımı qabağına uzadıram.Cəfərqulu səndələyir,amma yıxılmır.Zərnişanı yarı yolda yaxalayıb yerə yıxır.və başlayır təpikləməyə. 
Bu dar macalda onların cavanlığı yadıma düşür.Cəfərqulu Zərnişanı əzizləmək üçün ona Zəri deyirdi.Biz qonşular da böyüklü, kiçikli hamımız Cəfərqulunun diliylə Zərnişana Zəri deyirik.
    Nə isə,indi Zərini oxuculara geniş təqdim etməyin nə yeridir,nə də vaxtı.Əsas məsələ qəzəbindən şirə dönmüş Cəfərqulunun əlindən Zərini almaqdır.Bir az da geciksəm Zəridə Zərilik qalmayacaq,ya xəstəxanalıq olacaq,ya da o dünyalıq.Ona görə də var səsimlə Cəfərqulunun üstünə çığırdım:- Neynirsən ə?-deyib Zərinin başına   vurmaq üçün qaldırdığı əlini havada tutdum.O,əlini əlimdən qoparmaq üçün qəzəblə:-Məllim,sənlik deyil.Sən qarışma,-deyib var gücüylə əlini əlimdən çıxarıb Zərinin üstünə yeridi.Zəri zavallı da yerdə uzanıqlı halda qalıb,bir əliylə başını tutmuşdu ki,Cəfərqulunun təpikləri,yumuruqları başına dəyməsin,o biri əliylə də donunun ucundan aşağı çəkirdi ki, baldırları görünməsin.
   Zəriyə lap yazığım gəldi və bu yerdə cin başıma necə vurdusa Cəfərqulunun qarşısını döyüşkən bir görkəmdə kəsib üstünə çığırdım:-Ə,dayan! Bu dəqiqə səni dəli inək balasını tapdalayan kimi tapdalayacam.Mənim bu dəli nərəmdən sonra Cəfərqulunun Zərini vurmaq üçün havaya qalxmış əli iri gövdəli ağacın budağı kimi yavaş-yavş aşağı düşdü.Köpü yatdı.Cəfərqulu kənd adamı olduğuna görə dəli inək balasını necə tapdaladığını gözəl bilirdi.Sonu ölüm-itimlə bitəcək (böyük ehtimalla) qonşudakı münaqişəni yoluna qoyub,qalib görkəmdə evə qayıtdım.
Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam