Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 BİLMƏDİM O, NİYƏ AĞLADI?

                                                           

 

Yenixeber.org: Axşam yaxşı yatmamışdım. Özümü yorğun hiss edirdim, gözlərim özümdən ixtiyarsız yumulurdu. Ona görə də mətbəxdəki  divana uzandım ki, bir balaca gözümün acısını alım. Necə yatmışamsa dünya aləmdən xəbri olmayıb. Bir də ayıldım ki, ev telefonu ozünü öldürür. Hövlank  yerimdən dik atıldım və telefonun dəstəyini qaldırdım. Alo deməmiş xəttin o başından həyacanlı qız səsi gəldi:

-Əmi, tez elən, bizə gəlin!

 Danışan qonşunun qızı Zərəngiz idi. Soruşdum:

-A bala, nə olub,niyə həyacanlısan?

-Atam anamı öldürür, xahiş edirəm, tez gəlin.

 Vəziyyətin ciddi olduğunu nəzərə alıb özümü yüyrək qonşunun həyətinə saldım. Həyətdə nə görsəm yaxşıdır? Cəfərqulu əlində iri bir lapatka sapı arvadı Gülüsümü həyət boyu teyim- teyim teyləyir. Mənim gəldiyimi görən Gülüsün xilaskarı kimi üzünü mənə tutub:

-İlyas qardaş, onun əlindəki lapatka sapını  alın, yoxsa sındırmamış salamat sümüyümü qoymayacaq.

 Cəfərqulu böyrümdən keçəndə qolundan tutub saxlamaq istədim, Acıqlı- acıqlı üstümə çımxırdı:

-Qonşu, bu ailə məsələsidir, sən qarışma!- dedi və əlimdən sivrilib hələ də qaçan Gülüsümün dalınca götürüldü. Mən Cəfərqulunu saxlamaq istəyən vaxt Gülüsüm ondan xeyli aralanmışdı. Yadıma gəlir ki, Gülüsüm məktəbdə məndən iki sinif aşağıda oxuyurdu. İdmanın qaçış növü yarışlarında iştirak edirdi. Hətta dəfələrlə rayon birinciliyinin qalibi də olmuşdu. Ona görə də kənddə tota Cəfərqulu kimi tanınan əri nə qədər bərk qagırdısa da ona çata bilmirdi.

 Ər arvadı qovmağında olsun,mən fikirləşim görüm Gülüsümü bu natarazın əlindən necə qurtarıram. Bir anlıq barmağımla başımı qaşıyıram. Hə, yadıma düşdü. Cəfərqulu yanımdan keçəndə badalaq verim yıxılsın. Cəfərqulunun yanımdan keçməyini gözləyirəm.Hə,budur o, çatır. Ani olaraq ayağımı qabağına uzadıram. Cəfəqulu səndəliyir və üzüüstə yerə gəlir. Və pörtmüş halda çətinliklə yerdən durub yaxamdan tutur:

-Sənə demədim ki,qarışma. Bu ailə məsələsidir.İndi mən səni şil-küt eləyərəm, onda bilərsən başqasının ailə məsələsinə burnunu soxmaq  nə deməkdir.

 Gördüm Cəfərqulu qızmış şirə dönüb. Özümü itirmədim və yaxamı əlindən qoparıb üstünə çığırdım:

-Ə,Cəfərqulu, bilirsən səni neyliyərəm?

-Neyliyərsən ə, yoxsa məni evimdə döyərsən?

-Yox,Cəfərqulu, döymərəm.Döymək nədir ki? Dəli inək balasını çığnayan kimi,səni ayağımım altına alıb çığnayaram.

 Bağırtımı və hədəmi eşidən Cəfərqulu sakitcə keçib həyətin bir küncünə atılmış divanda oturub başını əlləri arasına aldı və için-için ağladı.

 Bilmədim, atası sovet vaxtı ferma müdiri olan Cəfəqulu dəli inəyin balasını necə çığnadığını gözünün qabağına gətirdi, yoxsa  qəzəbini içindən çıxarmaq üçün ağladı?

 

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam