Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

HƏSRƏT

"Xeberinfo.com":  
Keçdi uşaqlıq çağlarım -
Danlayanım, söyənim yox.
Alıb dizinin üstünə
Tərifləyib, öyənim uox.
Şirin dağlı ləhcəsində
"can baleymən" deyənim yox -
keçdi uşaqlıq çağlarım.
Harda qaldı o günlərim -
Ürək sızlar, qaynar sinə.
Fələk dönə geri baxa
çərxi fırlana tərsinə.
Min-min parə verərdim, bir
"ciyərparəm" kəlməsinə -
harda qaldı o günlərim?
Ana, yaman darıxmışam
üzün üçün, gözün üçün.
Qu tükündən yumşaq olan
baş qoyduğum dizin üçün.
Şirin sözlərin bir yana
"səni görüm...." sözün üçün
ana, yaman darıxmışam...
Bu yükü çəkə bilmirəm -
nə daş var, nə tarazi.
Mən tərəfdə düşüb qalıb
daşın ən natarazı.
Yükliyən yükliyir, demir
razısan, ya narazı?
Bu yükü çəkə bilmirəm.
Getdi ta ərköyünlüyüm -
itirmişəm sol-sağımı.
İstədim şıltaqlıq edim
fələk dartdı qulağımı..
Çığırsam da xeyri nədi
eşidən yox sorağımı
getdi ta ərköyünlüyüm..
... daha o vaxtlarım deyil
həyat soyuq, ürək isti.
isti-soyuq təmasından
yollar qatı duman, tüstü.
Hanı qayğısız günlərim,
qayğılardan bezdi, küsdü?
Daha o vaxtlarım deyil..
heyf, o vaxtımız deyil...

 

 

Azər İslam Cəfəri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam