Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakıda Rüstəm İbrahimbəyovun ev muzeyi -AÇILACAQ

 

Bu gün Azərbaycanın Xalq yazıçısı, dramaturq, ssenarist və rejissor, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi Rüstəm İbrahimbəyovun 85 illik yubileyi qeyd olunur.

Yenixeber.org-un məlumatına görə, onun qızı, aktrisa, rejissor və ssenarist Fatimə İbrahimbəyova TASS-a bildirib ki, Bakıda Xalq yazıçısının muzeyinin açılışı planlaşdırılır.

O qeyd edib ki, yubiley ilində onun kitablarının Azərbaycan dilinə tərcüməsi və retrospektiv nümayişləri də planlaşdırılır.

“Planlar çoxdur, ümid edirəm ki, gələcəkdə onun muzeyini yaratmaq mümkün olacaq. Biz hər vəchlə bunun üzərində işləyirik. Mən bunu Rusiyada etmək istərdim, amma Bakıda təşkil etmək daha asandır. Atamın kitabları çıxır, biz türk dilinə tərcümə etmişik, indi ikicildlik Azərbaycan dilində çıxacaq. Bakıda bu ikicildliyin təqdimatını edəcəyik. Vaxtilə “Azərbaycanfilm”də çəkilmiş, bərpa edilmiş bəzi filmlər var. Bunlar rejissor Rasim Ocaqovun çəkdiyi məşhur filmlərdir”, - Fatimə İbrahimbəyova deyib.

Qeyd edək ki, R. İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda, əslən Şamaxıdan olan Məhəmməd İbrahimbəyov və Fatimə Məşədibəyovanın ailəsində anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib.

Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam