Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Allahdan gəlmişik, ONA gedirik

 Allahdan gəlmişik, ONA gedirik,

Bitirsə, bu həyat yolun haradır?

Qarşıda əvvəlin sona gedirik,

İzini tanı sən, bil ki, xanadır...

****

Yükün var solunda, həmdə sağında,

Sağında mələkdir solunda, şeytan.

Allaha yaxın ol, vaxtın varikən,

Danışan kamansa, mizrabı böhtan....

****

Yazıram sözümün fəziləti var,

Eyhamı anla sən, mənası qat- qat.

Seçməyə yol tanı əziyyəti var,

Aynanı günahın etməsin çat- çat.

****

Zamanın sonunda əvvəlin durur,

Əmin ol özünə gir sən meydana.

Hər əməl altında təməlin durur,

Gəl rəvac vermə sən, murdar şeytana!..

****

Bağlansa sağında əməl dəftərin,

Var olan kainat bitəcək bir gün.

Yaşamın dönüşər başlar qəflətin,

Kül yanmaz sovrulub itəcək bir gün...

****

Tövbəni dilinə, dişinə bağla,

Yalvar sən, Allaha səsin duyulsun!

Bağışla diləyib ağla sən, ağla,

Əvvəlin heçsədə sonun yuyulsun!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam