Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Tıxac probleminin həlli tapıldı

                         

 

"Xeberinfo.com":  Qarabağ problemi qədər olmasa da, ondan bir balaca az olan tıxac problemini deyəsən hökumət çözməkdədir.Yəni aradan qaldırmaqdadır. Gözün aydın, a millət. İnşallah,bir də eşidəcəyik ki, hökumət illərlə BMT-dən tutmuş ATƏT-ə, AŞA kimi həllini tapa bilmədiyi Qarabaq problemlərini də tapıb. Onda itirdiyimiz,boşa verdiyimiz illərə heyfimiz gələcək, özümüzü qınayacayıq.Və onda deyəcəyik: Niyə indiyə kimi özümüz işə ciddi və qətiyyətlə yanaşmırdıq?!

  İllərlə xalqın əsəbini tarıma çəkən,hətta ölkənin baş bilənlərini belə başdan eləyən tıxac problemini aradan qaldırmağın ən asan yolunu baş bilənlərimiz, möhtəşəm Birinci Avropa Oyunlarında rayon dövlət nömrə nişanlı yük və minik maşınlarının şəhərə buraxılmamasında tapdılar. Bununla yanaşı Bakı ətrafı yaşayış məntəqələrindən gələn marşurut avtobuslarının şəhərə buraxılmaması da gündəmə gəldi. Bundan sonra yollardakı boşluqda yel vurub yengələr oynadı.Xalq isə alın yazısının əziyyətini çəkməyə başladı. Mənzil başına çatmaq üçün əlavə pul xərcləməli oldu.

 Elə bil bütün bunlar sadə xalqa vurulan maddiyat azlığıymış kimi uzun illər Bakının rayonlarında fəaliyyt göstərən Kənd Təsərrüfatı məhsullarının satış yarmarkasına da son qoyuldu.Hətta Nazirliyin məsul işçiləri və rayon icra hakimiyyətinin nümayəndələri TV-lərə müsahibə verəndə bu yarmarkaları xalqın xeyri üçün təşkil elədiklərindən qürur duyurdular. Amm bu gün kəndli min bir əziyyətlə əkib-becərdiyi məhsulu şəhərə gətirə bilmir, müəyyən yollarla gətirəni də bazarın həndəvərinə belə buraxmırlar. Çünki bazar alverçilərin monopoliyasındadır.Zəhmətkeşin,alın təri töküb məhsul becərənin, halalın ora girməsi yasaqlanıb. Kəndlidən becərdiyi məhsulu su qiymətinə alan alverçi onu dədəsinin qiymətinə satır.

   Kənd Təsərrüfatı Nazirinin TV-ə kanallarına verdiyi müsahibədən məlum olur ki, Nazirlik satış yarmarkalarını yenidən bərpa eləmək üçün Bakı İcra Hakimiyyəti ilə bir aydır ki,məsləhətləşmələr aparır. Bunlar məsləhətləşmədə olsun,kəndlinin də məhsulu çürüməkdə.

  Arada söz gəzir ki. şəhərdəki tıxacları qismən də olsa aradan qaldırmaq üçün müəyyən tədbirlər planı hazırlanır. Məsələn orta və ali məktəblərdə dərslər növbəli keçiriləcək, şəhərin müəyyən yerlərində şəxsi takisilər fəaliyyət göstərə bilməyəcək və s.

  Bir vətəndaş olaraq mənim də hökumətə bir-iki təklifim var. Birincisi,prezident istisna olmaqla bütün nazirlər,komitə sədirləri  işə gəlib gedəndə onları müşayiət edən maşınlar yığışdırılsın, məmur ailəsində olanlar yalnız bir maşından istifadə etsinlər.Həkimlər,müəllimlər, idarə rəhbərləri ancaq ictimai nəqliyyatdan isdifadə etsinlər.Ən əsası isə nəqliyyatda köklü dəyşiriklik aparılıb, dəmir qayda- qanun yaradılsın, Nəqliyyat Nazirliyinin müfəttişlərinin şəhər boyu minib çapdıqları "atlar" əllərindən alınsın.Məncə mənim dediklərimə əməl olunsa şəhərdəki tıxaclara bir dəfəlik son qoymaq olar.

 

               

Məhərrəm Şəmkirli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam