Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“İş və dərs saatları dəyişdirilməlidir”

 

“Bakı şəhərində nəqliyyatın sıxlığını aradan qaldırmaq üçün kompleks tədbirlər görülməlidir. Hesab edirəm ki, rayondan gələn avtomobillərə məhdudiyyətlər tətbiq olunmaqla bu iş başa çatmayacaq. Belə bir qadağa vəziyyətdən çıxış yolu deyil”

"Xeberinfo.com":  Məlumata görə, bunu Azvision.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib. 

Millət vəkili bildirib ki, rayon qeydiyyatında olan avtomobillərin qeyd edilən vaxt çərçivəsində Bakıya girişi normal qəbul oluna bilməz.

“Əgər bu qadağa tıxac problemini aradan qaldıracaqsa, onda rayon maşınlarını Bakıda ümumiyyətlə buraxmayaq və şəhərin girəcəyində böyük dayanacaqlar yaradaq. Bakıya gələn rayon maşınları orada saxlanılsın, həmin ərazidə sakinlərin şəhərə gətirilməsi üçün ictimai nəqliyyat daim işləsin. Çünki yalnız gecə gəlmələri yol-nəqliyyat hadisələrinin sayını artıra bilər. Səhər saat 07:00-dək Bakıya daxil olan şəxs gərək bütün gecəni avtomobil idarə etsin. Bu da qəzaların sayın artırar və insan sağlamlığına mənfi təsir göstə bilər. Bütün variantlar müzakirə olunmalıdır”. 

Deputatın fikrincə, nəqliyyat sıxlığından xilas olmaq üçün Bakı şəhərində sürüşkən rejimli iş və dərs qrafikini tətbiq etməyə çox ciddi ehtiyac var. Onun sözlərinə görə, bu məqsədlə müəssisələrində və iş yerlərində müxtəlif saatlar tətbiq oluna bilər.

“Avropada iş səhər saat 06:00-07:00-da başlayır. Vacibdirmi, bizdə bütün dövlət idarələrində işlər saat 09:00-da başalsın, 18:00-da bitsin? Bir az əvvələ çəkilə bilər. O cümlədən dərs saatlarını elə etmək olar. Bununla da sıxlığın qarşısını almaq olar. Avtomobillərin tək və cüt nömrələrinə görə şəhərə buraxılması variantından da istifadə etmək olar. Müxtəlif variantlar var və düşünürəm ki, bunlar kompleks şəkildə tətbiq olunmalıdır. Tək rayon avtomobillərinə qadağa qoyulsa, onlar da baqşa əyri yollardan istifadə edəcəklər və rayonda olanlar Bakı şəhərində qeydiyyata düşüb burada nömrə alacaq. O zaman necə olacaq? Ona görə bunların hər biri müzakirə olunmalıdır. 

Yaxşı olardı ki, Nazirlər Kabineti bu qərarı qəbul etməmişdən öncə qərarın layihəsini ictimai müzakirəyə çıxarardı. Və bundan sonra mənfi və müsbət tərəflər müəyyənləşərdi”.

Qeyd edək ki, rayonlardan gələn bütün növ avtomobillər Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacaq. Bu barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. 

Komissiya sədrinin bu açıqlamasından sonra müxtəlif fikirlər səsləndirilib. Təkliflər sırasında dünya praktikasında olduğu kimi, dövlət qeydiyyat nömrəsindəki tək və cüt rəqəmlərə görə, avtomobillərin hərəkətinin tənzimlənməsi də var. 

Belə ki, həftənin cüt günləri dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin, tək günlərdə isə cüt rəqəmlə bitən avtomobillərin şəhərin mərkəzində hərəkətinə icazə veriləcək. Digər bir təklif şəhərdə nəqliyyatın hərəkətinin sıx olduğu ərazilərdə avtomobillərin hərəkətinə, ümumiyyətlə, qadağa qoymaqdır. 

Təkliflərdən biri isə Bakı qeydiyyatı olmayan avtomobillərin paytaxta qrafiklə saat 22:00-dan səhər saat 7:00-a qədər buraxılmasıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam