Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İnsanın əksi var öz içindədir

 
İnsandır içində gizlənən varlıq,
Tanıya bilməzsən işin düşməsə.
Dinləyib, eşidər göstərsə karlıq,
Deyərsən, ay aman bircə küsməsə...
*****
Üzünə güldükcə söylərsən aha,
Dəyişə gözləri, bir başqa ola.
Kaş, məni qəlbində döndərib "şaha",
Yayıla qəlbinə fərəhlə dola...
*****
Xisləti açılmaz möhürlü sirdir,
Tanıya bilməzsən altın eşilər,
Çuxası əynində dili yerində,
Atsa hey sözünü qəlbin deşilər...
*****
İnsana deyirlər şüurlu "vəhşi",
Öldürər, doğrayar, nələr bacarmır?...
Yoxdur bu varlığın dünyada əksi,
Məzlumu məhv edib bəlkə öc almır?!...
*****
İnsanın əksi var, öz içindədir,
Sifətlər müxtəlif, ruhu başqadır.
Baxarsan insandı bir biçimdədir,
Gözəllik nə gözdə, nədə qaşdadır...
*****
Belədir, tanınmaz insanın qanı,
İlbis tək, içində gizlənir insan.
Axtarıb tapacaq, şöhrəti-şanı,
Ucalan qardaşa hirslənir " insan"!...
*****
Bu dünya insanı tərsə fırladır,
Baxdıqca tanısın özü, özünü.
Tustülü ocaqda qazan qaynadır,
İtirib, tapmayır gözü, gözünü...
*****
Ocağın tüstüsü ağladır onu,
Gözündə yaşını silən özüdür.
Dəyişmir yenədə "iblis" donunu,
İçində gizlənən insan özüdür...

Təranə Şəms. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam