Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Qələmə sığmayır bu sevgi, İSTƏK...

 


Həyatın müşkülü bir sınaqdısa,
Yıxılıb, əzilib durasan gərək!...
Fırlanan bu dünya bir bucaqdısa,
Dolaşmış xətləri qırasan gərək!
*****
Həyatın paralel düz xətləri var,
Çalışsan, bu xətlər birləşə bilməz...
Həndəsə elminin yüz fəndləri var,
Fizika bu elmə ilişə bilməz!..
*****
Tarixi həyatla bağlayan nədir?
Bəllidir, bu cığır yolçuya bənzər.
Gözündə parlayan "o" işıq nədir?
Söz ilə oynayan "göpçuya" bənzər...
*****
Botanik, elmdən bitkidən yazır,
Alimin özüdə kimliyə nəzər;-
Yazmır ki, həyatın rəssamı kimdir?..
Allahı unudan, dirrikdən yazır...
****
Bizləri yaradan nizam qurubdur,
Fəzanı yaradıb parlayır günəş.
Günəşlə qəmərin həsrəti bitmir,
Boylanar şəfəqlər, isinincə ƏRŞ...
*****
Bir insan beyninin məhsulu deyil,
Yaradan anladır sirdi bu dünya.
Riyazi elimin məchulu deyil,
Bir kökün altında kirdi bu dünya!...
*****
Allahım, nə gözəl yaratdın bizi,
Sən bizi məkanın əşrəfi seçdin.
Nə gözəl anlatdın bizlərə, bizi,
Adınla dilimdə, ruhumdan  keçdin...
*****
Mən nələr söyləmək, demək istərəm,
Qələmə sığmayır bu sevgi, istək...
Adının fövqündə ölmək istərəm,
Sənə mən, min kərə dönmək istərəm... 

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam