Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Sağalmaz YARAN

 


Ağlama millətim, sınma millətim,
İnşəAllah, bitəcək sənində dərdin.
Göylərdə yazılar sənin söz daşın,
Quruyar, qəlbinə axan göz yaşın...
*****
Ağlama əsgərim, "anam yox" deyə,
Vətənin  torpağı anadır sənə!...
"Ağlayan tapılmaz "demişdin axı,
Hər Şəhid anası anadır sənə!...
*****
Yenə də oyandıq gözlər çiləli,
Eşitdik xəbəri yenə Şəhid var.
Qazilər tək ayaq, gəldi təkəlli,
"Sentyabr" Şəhidi  dedilər əlli...
*****
Çoxalır günbəgün Şəhid sayları,
Əllidən ötüşdü, səksən deyirlər.
Göylərə ucalır ana vayları,
Yaşamır analar, ömür yedilər...
*****
Aylarda bizlərə qənim kəsilir,
Hansını sevək biz, hansını öyək.
Torpağa toxum yox; "Şəhid" əkilir,
İldənmi öc alaq, ayları  söyək?!..
*****
Sığmıram özümə daş olsun qəlbim,
Ürəyim, sazaqlı payıza dönsün!
Dərdlərin yolları olubdur sərgim,
Ay Allah, bəla ver, qoy düşmən ölsün!..
*****
Səbr elə ey xalqım, səbr elə bir az,
Allahın səbri var daşacaq bir gün.
Bilirəm, çətindir dərdin sanı yox!...
Gələndi qəfildən ili, anı  yox...
*****
Sil gözün yaşını Şəhid anası,
Başını uca tut var belə balan.
Ana var, ruhunda Şəhid havası,
Unutmaq  çətindir  sağalmaz YARAN!...

Təranə Şəms


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam