Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Üzsüz birisən

 

Görürəm səni mən, üzsüz birisən,
Baxanda gövdəli yaman irisən.
Dilində söz oynar, sözsüz birisən,
Ayaqdan çəkməyə yaman dirisən!...
*****
Yetənək bu deyil göstərmə onu,
Sapıqsa əməlin üzün qaradır?..
O nədir  geymisən, çıxart sən onu,
Gəlibdir bu kirlə  yüzlərin sonu...
*****
Görünmə saf kimi qəlbin qaradır,
Canına qor düşür dostu görəndə.
Əl atsan hər işə gözün paradır,
Başına at təpir, çörək böləndə...
*****
Əlinin kiriylə məlum yerin var,
Zamanla naşının düşdüm izinə.
Amma ki, bolluca dərdi- sərin var,
Başında  dolaşıb, keçib dizinə!..
*****
Yenilik  olsada köhnəlik qalıb,
Ağlara qaradan çox yamaq salıb.
Duruşun arxadır, öndə durmusan,
İstəyin nədirsə, çox övkən qalıb...
*****
Evlər var yıxmısan, birdə tikilməz,
Sönübsə çıraqlar  birdə yanarmı?!..
Qəlblərin  gözü yaş, axı içilməz,
Vicdanı olan kəs, bunu danarmı?!..
*****
Göz yuma bilmirəm batan cahana,
Əsil mirzə odur ki, sözünü desin.
Heyranam, ay insan sənin dühana,
Sözünün, misrası özünü desin...
Təranə Şəms

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam