Redaktor seçimi
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Günün xəbəri

VLADİMİR MAYAKOVSKİNİN “BAŞIBƏLALI” MƏHƏBBƏTİ

 

Liliya Brik rus şairi Vladimir Mayakovskinin “başıbəlalı” məhəbbəti idi. 

Yenixeber.org: O dövr üçün bu hadisə kübar aləmin ətrafında səs-küy yaratmışdı. Hətta belə söz-söhbətlər gəzirdi ki, kişilər bu qadının cazibəsi önündə dayana bilmirdilər. Onu görən kimi başlarını itirirdilər. Onun bir o qədər də gözəlliyi olmasa da, ağıllı, cazibədar və çox sərbəst idi. Onun üstün cəhətlərindən biri də o idi ki, dinləməyi, xüsusilə də istedadlı insanları eşitməyi bacarırdı.

Bir gün L.Brikin bacısı sevdiyi oğlanı evlərinə dəvət edəndə, onun poeziya aləmində hələ ilk addımlarını atan məşhur rus şairi Mayakovski kimi məşhurlaşmasına zaman vardı. Həmin gün gənc şair özünün yeni yazdığı “Buludlar alt paltarında” poemasını onlar üçün oxuyur. Liliya dərhal anlayır ki, onun qarşısında istedad dayanıb. Onun üçün şairi ələ almaq o qədər də çətinlik yaratmadı. Qapı ağzında özünün əlyazması ilə dayanan V.Mayakovski Liliyaya elə həmin dəqiqə aşiq oldu. Elə o andan etibarən bütün yaradıcılığını o qadına həsr etməyə başladı.

 

 Liliya Brik özünün xatirələrində yazır: “Volodya mənə sadəcə aşiq olmamışdı – o məni rəsmən öz sevgisi ilə həbs etmişdi. Iki il yarım müddətdə mənim bir dəqiqə belə boş vaxtım olmurdu – bunu hətfi mənada deyirəm. Onun inadkarlığı, boy-buxunu, qaməti, tükənməyən ehtirası məni qorxudurdu. Onun məhəbbəti ölçüyəgəlməz idi”.   Liliya Brik

Liliya birinci rəsmi nikahda olduğu Osip adlı şəxslə boşanma qərarı vermək istəmirdi. Onlar üç nəfər olmaqla bir evdə yaşamağa başladılar. Brik ailəsi V.Mayakovski üçün isti bir yuvaya çevrildi. Osip Mayakovskinin poemalarının nəşrini öz vəsaiti hesabına çap edirdi. Liliya isə Mayakovskiyə əzab verirdi. Axı, “şair əzab çəkməlidir!”

 

 O, həqiqətən də əlyazmalarını göz yaşları ilə yazaraq əzablara düçar olmuşdu. Çünki Liliya onun gözləri qarşısında məhəbbət məcaraları yaşayırdı. Hətta şairə də bunu etməyə icazə verirdi. Ancaq Mayakovski münasibətlərindən hansısa birini ciddiyə almaq istəyəndə, Brik onu dərhal “özününküləşdirirdi”. Axı, o şairin yeganə aşiqi olmaq istəyirdi.

Liliya Brik Mayakovskinin ömrünün son günlərinədək də belə qaldı. Şair ona hədiyyələr alır və nazını çəkirdi. Liliya Brik Vladimir Mayakovskinin ölümündən sonra 48 il yaşadı. Onun həyatında həm nikahları, həm də məhəbbət romanları oldu. Bu qadın rus ikonası əfsanəsinə çevrildi. Hətta bir vaxtlar fransız modelyeri İv Sen Loren Liliyaya gözəl libas hədiyyə etmişdi. Ancaq taleyin qismətinə bax ki, Liliya Brik də həyatını Mayakovski kimi özünə qəsd etməklə bitirdi.

 

“Necə deyərlər – həyatımdakı hadisələr sona yetdi, mənim sevgi qayığım sürdüyüm həyat tərzimlə toqquşdu. Mən həyatla hesablaşdım və heç bir qarşılıqlı ağrı, acı və qırqınlıqlarım yoxdur”.

Vladimir Mayakovski

Tərcümə etdi: Səadət Sultan (yazıçı-publisist)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam