Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kreml Navalnı və silahdaşlarını terrorçu elan edib

Rusiya Kremlin tənqidçisi Aleksey Navalnı və onun bir neçə müttəfiqini terrorçu və ekstremist siyahısına salıb. Navalnı və onun beş həmkarı – Lyubov Sobol, Vyaçeslav Gimadi, Georgi Alburov, Liliya Çanişeva və Ruslan Şaveddinovun adları “Rosfinmonitorinq”in reyestrində yanvarın 25-də çıxıb. Onlar sağ qanad millətçi qruplar və "Taliban" kimi terrorçu, "İslam Dövləti" adlı silahlı qruplaşmalarla eyni siyahıya düşüblər.

Yenixeber.org: Rusiya qanunvericiliyi bu siyahıya salınmış şəxslərin bank hesablarının dərhal dondurulmasını nəzərdə tutur. Təxminən iki həftə öncə isə Navalnının digər iki yaxın müttəfiqi – Leonid Volkov və İvan Jdanovun adları həmin siyahıya salınmışdı.

Ötən il Moskva Şəhər Məhkəməsi Navalnıya bağlı təşkilatların hamısını ekstremist elan edib. Bu addım Navalnı və onun Rusiyadakı regional ofislər şəbəkəsinə bağlı şəxslərin dövlət qulluğuna seçilməsini önləyir. Hökmdə həmin qurumlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.

Navalnı 2021-ci ilin fevralından həbsxanadadır. O, Almaniyada müalicədən qayıtdıqdan dərhal sonra həbs olunub. Müxalifətçi Sibirdə "Noviçok" tipli sinir qazıyla zəhərlənmədən Berlində müalicə olunarkən daha öncə təqsirli bilindiyi iş üzrə şərti cəzanın qaydalarını pozmaqda təqsirli bilinib. Navalnı zəhərlənməsinin arxasında Rusiya Prezidenti Vladimir Putinin durduğunu desə də, Kreml bu insidentdə rolu olmadığını deyir.

(azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam