Siyasi müxəmməs
Yenixeber.org: “Mənliyi, mənəmlyi” sevən ruslar
“Monqol istilaları və Monqol-tatar zülmü” haqqında ASE nın 7-ci cild (kecmiş dərc) 43 və 44-cü səhifələrində geniş məlumat verilmişdir
BİRİNCİ HİSSƏ
Üç yüz illik bir müddətdə monqol-tatar zülmü olub,
Zorakılıq, soyğunculuq, həyasızlıq dəbdə olub,
İşğalçılar,qudurmuşlar,talancılar öndə olub,
Zəhmət cəkən darda qalıb, mənsəb güdən gözdə olub,
Çingiz xanla nökərləri ötüb keçib dönməzdirlər.
X X X
Monqol-tatar sürülərni şərqdən qərbə yeridiblər,
İşğalçılar yerliləri haqsız muzdsuz işlədiblər,
Vətənini sevən ruslar haqsızlığa dözməyiblər,
Sənət sevər sərkərdələr yamanlığı örtməyiblər,
Fürsət keçdi əllərinə təqiblərdən dönməzdirlər.
X X X
Qoldan güclü zor oğullar candan keçib döyüşüblər,
Əsir olan monqollar da məzarlıqda görüşüblər,
Qaçanları haqlayıblar qılınclardan keçiriblər,
Hamərdləri saxlayıblar cəzasını verdiriblər,
Mənliyini itirməzlər haqq işindən dönməzdirlər.
X X X
Fövqəl dövlət ad qazandı, şöhrətini artırıbdı,
Sərvətinin bol olması qüdrətini qaldırıbdı,
Şərqdə,qərbdə, dənizlərdə bayrağını ucaldıbdı,
Bir kimsəyə boyun əymir kəlməsinin ağasıdı,
Mənəmliyi sevən ruslar yollarından dönməzdirlər.
X X X
Rusiyanın gen dünyası,tatarların dövləti var,
Monqolların ərazisi varidatlı ölkəsi var,
Almanlrın Avropada Berlin kimi mərkəzi var,
İttifaqı yaratmaqda dövlətlərin marağı var,
Çinkiz,Hitler.... olmasınlar dediyindən dönməzdirlər.
X X X
Ruslar onda uduzdu ki, erməniyə dayaq durdu,
Bir də onda uduzdu ki,Krım üstə cəncəl qurdu,
Qarabağın həlli yöndə ikibaşlı oyun qurdu,
Məsələni süründürdü həll olunmaz mövqe tutdu,
Nahaq işdə uduzsa da deyiləndən dönməzdirlər.
X X X
Çirkli yerdə gəzmək üçün xaçaturlar çəkməsidir,
Bərk ayaqda birlik üçün çinli dostlar dəstəyidir,
Qərbə, şərqə boylananlar -satqın Nikol bəbəyidir,
Bax bu kimi yöndəmsizlər daim rusun gərəyidir,
Bilsələr də səhv edirlər, günah işdən dönməzdirlər.
Quliyev Elxan Sarı o. 11.07. 2019-cu il.
İKİNCİ HİSSƏ
Ədalətdən kənar durdu haramlıqdan torpaq qapdı,
Fırıldaqdan əl çəkmədi gələcəynə məzar qazdı,
Fürsət keçdi əllərinə Xankəndinə ayaq basdı,
“Bayraqtar”la qarşılaşdı ölüm gördü qurtulmadı,
Görsələr də səhv edirlər yaman işdən dönməzdirlər.
X X X
İlham kişi siyasətdə fateh kimi tanınıbdı,
Heydəroğlu döyüşlərdə qəhrəmantək ad alıbdı,
Türkün oğlu planetdə silah-insan yaradıbdı,
Əvəzsizdi döyüşlərdə ad da verib “Bayraqtar”dı,
Göy səmada “Bayraqtar”lar lövbər atıb keşik çəkir,
Quduzlaşmış dığalara məzarlığı nişan verir,
Yol tapmayıb qancıq kimi İrəvana dönəndirlər.
X X X
Zorakılıq işə keçmir ırəlıdə Türk dayanıb,
İnanmayıb hər hiyləyə-azər oğlu mərd dayanıb,
Sərkərdəsi Ərdoğandır cəmi Türkə dayaq durub,
Qardaşlaşıb iki paytaxt bir-birinə arxa durub,
Ədalətin tələbindən işğalçılar məcbur olub,
Yasa batıb alçaq kimi Xankəndindən itəndirlər,
İz itirib oğru kimi İrəvana dönəndirlər.
Quliyev Elxan Sarı o. 15.05.2021-cı ıl.