Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“AĞ MONQOLLAR”IN İŞĞALA HƏRİSLİYİ HARADAN QAYNAQLANIR –  Moskvanın əsasını qoyan monqollar rus xalqına daha nələri öyrədiblər? - Araşdırma

Sina (Çin) 18.09.2019

 

Deyirlər ki, hər bir rusda monqol qanı var. Mənası budur ki, rusun necə göründüyündən asılı olmayaraq onun damarlarında hökmən monqol qanı axır.

Yenixeber.org: Bu, həqiqətdir, tarixi monqollar Rusiyanı 200 il boyunca idarə ediblər. Bu dövrün yada salınması ruslara xoş gəlmir. Hətta o yerə qədər ki, Rusiya tarixçiləri tarixin bu dönəmini “tatar-monqol yürüşü” adlandıraraq onu təsvir etmək üçün özəl termin işlədirlər. Amma yenə də inkar etmək olmaz ki, monqollar rus xalqına böyük təsir göstəriblər.

Hər şey Rusiyanın Avropanın şərq hissəsində yaşayan səpələnmiş slavyan tayfalarından ibarət olduğu hələ IX yüzillikdə başlanıb. Ruslar, keltlər və almanlar Qədim Roma dövründə Avropanın ən geri qalmış xalqları sayılırdılar. Sonradan varyaqlar Şimaldan Şərqi Avropaya soxularaq slavyan məskənlərinin bir hissəsini ələ keçiriblər. Onlar indiki Kiyev şəhərinin özülünü qoyub və onu Rusiyanın ulu babası olmuş Kiyev Rusu dövlətinin paytaxtı ediblər.

Varyaqlar Kiyev Rusunun binasını qoyduqdan sonra əvvəlki kimi slavyanların ənənələrinə əməl ediblər.  Onlar habelə diplomatik münasibətləri bərkitmək üçün qarışıq nigahları təşviq ediblər, beləliklə avropalıların qanı slavyan qanına qarışıb.

Çingizxan 1206-cı ildə Monqol imperiyasını qurub. O, təkcə cənubda Qərbi Lyaonu ələ keçirmək istəmir, Kiyev Rusunun ərazisinə də acgözlüklə baxırdı.

Monqollar igidliklə döyüşürdülər. Onlar qərbə on beş il boyunca iki yürüş zamanı Kiyev Rusunu ələ keçirməyə nail olublar. Batı o zaman Kiyev Rusunun adını dəyişərək Qızıl Orda qoyub. Rus o vaxtdan iki əsr yarım boyunca Qızıl Ordanın hakimiyyəti altında olub. Monqolların qəddarcasına döyüşdüklərinə baxmayaraq, onlarda dövləti savadla yönəltmək bacarığı yox idi. Rus onların ağalığı zamanı böyük və kiçik knyazlıqlara parçalanıb.

Bundan başqa, hələ də yetərincə bəsit səviyyədə olan monqol sivilizasiyası beləliklə inkişaf əldə edib. Slavyanların bundan əvvəl avropalılarla nigahlarındansa monqollarla sıx qarışıq nigahlar onların genofonduna daha böyük təsir göstərib. İndi ruslara niyə “döyüşkən xalq” deyirlər? Çünki monqolların torpaq zəbtinə yönəlmiş genləri millətlərarası nigahlar üzərindən ruslara ötürülüb. Rusları həm də “ağ monqollar” adlandırırlar.

Bu halda sual meydana çıxır – ruslar və monqollar arasında nigahlar nə qədər yayılıb? Oktyabr  inqilabının lideri, SSRİ-nin qurucusu Vladimir Lenin çərək monqol mənşəlidir, onun nənəsi monqol qızıdır.

Monqol imperiyası sonralar Yuan sülaləsi idarəçiliyinin sonuna yaxın (1271-1368) dağılıb. Slavyanlar monqol hakimiyyətini aşırtmaq və dövləti qaytarmaq üçün öz güclərini birləşdiriblər. Slavyanlar monqollardan çox şey, o cümlədən torpaq işğal etməyə sevgi mənimsəyiblər. Lakin sonradan ruslar və monqollar arasında nigah getdikcə daha da azalıb, Avropa hersoqları ilə nigahlar isə lap çoxalıb.

Bu qayda ilə nəticə çıxarmaq olar ki, ruslarda əsasən Avropa qanı axır. Monqolların Rusiyanı 200 il yönlətdiklərinə baxmayaraq, bu, tarixin yalnız bir səhifəsidir. Slavyanlar bir neçə yüzillik ötəndən sonra yenidən avropalılara oxşamağa başlayıblar.

Maraqlıdır ki, Rusiyanın indiki paytaxtı Moskva monqolların basqınına qədər yalnız kiçik sərhədyanı şəhər olub. Monqollar oranı işğal edəndən sonra Moskvadan əsas şəhər kimi istifadə edib və burada süvari ordu yerləşdiriblər – indi onun yerində Kreml yerləşir.

Kinayəlidir ki, ruslarda xəcalət hissi doğuran monqollar onların paytaxtının qurucuları olublar!

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam