Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

Bəxtiyar Hidayətin dediklərindən...

 

 

 

 

   Xanım heyyy, Təkə-Türkmən bəylərinin başı Qarabağ məsələsində Rəqişin mahnısını oxumaqla öz dəstəyini ifa etdi.

 

   

-Adam çəpişin mahnısını oxuyası deyildi ki- zatən iki mahnı bilir

 

Qurdlar vadisi hələ gedirmiş- ömrünün minlərlə saatını bu axmaq kinoya həsr edənlərdən yarım saata aksiyaya çıxmaq gözləyirik. Hələ oğlunun adını Memati qoymaq istəyənləri demirəm- hökumətin 20 ildəən doğru qərarı memati adının qadağan olunması oldu məncə

-Ekologiya ili üçün deyilmişdir:

 -Ayə a Moşu, eqalogya ili budur? Demokratiyeyı ağ yüyörəm qara çıxer.

-Zəngilanı verəni buraxıb, poz verəni qınayırıq.

 Əcəb edib poz veriblər- o qızların hər biri bizim xalq artistlərimizdən min dəfə abırlı görkəmdədir- Hə, başqa nə söz?

 

Uşaqları döymək qadağan edildi- haydı meydanları uşaqlara verək

 

Əzəldən də ayrılırdılar

 

 Ey cigərsuz nari-firqətdən Nəsimi çarə nə?

 Hər kimə "nəhnü qəsəmna" çün əzəldən ayrılır.

 

İndi ən doğru mövqeni mənim partiyam AXCP ortaya qoyub- Milli Şuranı qorumaq lazım.

 Vaxtilə sovetlərin qılıncının dalı- qabağı kəsən vaxtlarda Müsavat ideologiyasını necə gizlində qoruyurdularsa deyəsən biz də demokratiya ideologiyasını eləcə qoruyacağıq bu gedişlə. Hamı Milli Şuraya!

 

24 saat ee, Qarabağı lazım gələrsə biz cəmi 1 sutkaya azad edərik

 (vasif talıbov)

 

Ölkədə az qala hamı sərbəst şeir yazır- sərbəst toplaşmaq azadlığı budurmu a Moşu?

 

O vaxt 1 Xudayar bəy vardı Danabaş kəndində- İndi gör nə qədər Qudayar bəy var.

 Məhəmmədhəsən əminin demokratların rəmzi olan eşşəyi ay tapıldı haaa!

 ATƏT-ə, BMT-yə o qədər ismarıc göndərsin ki,sinəmizdə Şah dağı var- qoşa xizək işarələri yerinə çalın- çarpaz dağlar

 

İndi Azərbaycanda bütün körpülər Qıl körpüdü- harınlar öz cənnətlərinə, fağırlar da öz cəhənnəminə düşürlər

 

Siyasət intimhar olanda çıxış yolu intihar olar, dərdiş!

 

Şah gedib Şah dağında sürüşər də.

 Hələ ömür imkan versə baba da Babadağda sürüşərdi

Cəlal Əliyev Şimali Koreya liderinin əmisinin taleyinə baxıb şükürlər oxuyur indi. 

 

"Məmə" sözünə görə kitab qadağan olan ölkədə məməlilər sinfinin ali forması olan insanların ən hörmətli kateqoriyası olan məməsi açıq xalq artistləri hələ də saytların reytinqində birinci yerlərdədir. Analoqu olmayan ölkə iştə bu. Di yaxşı biologiyada "məməlilər sinifi" var- biologiya da qadağan olacaq?

 

İran kosmosa meymun göndərir, Azərbaycana molla kitabı

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam