OLMAYAN “SOYQRIM”IN DÜNYAYA SIRINMASI
Yüz ildən çoxdur ki, ermənilər bu ayın sonunu gözləyirlər ki, dünyanın bir çox ölkəsinə tarixdə heç zaman olmayan bir günü- soyqrım gününü tanıtsınlar. Dünya tarixindən az- çox məlumatlı olan ölkələr həqiqəti, ədaləti önə çəkib belə bir günün olmadığını etiraf edirlər. Amma həqiqəti görməyən (görüb göz yuman) elə ölkələr var ki, onlar erməni lobbisinin təsir dairəsinə düşüb erməni yalanlarını həqiqət bilib belə bir iyrənc yalanı qəbul edirlər.
Yenixeber.org: Hər kəs bilir ki, yarandığı gündən erməninin bir məqsədi, bir amalı olub. O da qonşu ölkələrin torpaqlarını ələ keçirib özlərinə dənizdən- dənizə “Böyük Ermənistan” yaratmaq. Uzun zaman var qüvvə ilə çalışıb dəridən- qabıqdan çıxan ermənilər sonda qismən də olsa buna nail olublar.
Ermənilər türk xalqlarına qarşı aşkar və gizli müharibələrini aparmaq üçün dünyanın hər yerinə səpələniblər. Bu qaraçı yaşam tərzi onların canında və qanındadır. Hər zaman da ölməyi prinsiplərindən öndə tutublar. Qoca tarixin hər hansı vərəğını çevirdikdə orada qan ləkələri görünür. Bu qan ləkələrinin günahkarı erməni millətçiliyi, erməni şovinizmi, erməni mənəm- mənliyidir. Həyat göstərib ki, ermənilər təkcə bizə qarşı vuruşmayıblar, onlar eyni zamanda romalılara, farslara (buna baxmayaraq farslar Qarabağ savaşında onlara arxa- dayaq olublar), gürcülərə, ruslara qarşı da vuruşublar.
Ermənilərin bizdən fərqli cəhətləri, bacarıqları var. Onlar başqaları ilə asan dil tapmaqları, işlərinin xatirinə arvadlarını, qızlarını qabağa verməyi, satqınlıq etməyi, yaltaqlanmağı, şər, böhtan atmağı, üzə durmağı və s. çox gözəl bacarırlar. Məhz elə buna görə də bu gün dünyanın bir neçə aparıcı ölkə parlamentlərində yalançı erməni soyqrımını tanıtmağa nail olublar.
On doqquzuncu əsrn sonlarından ermənilər Azərbaycanın əzəli torpaqları olan Qarabağa, Naxçıvana, İrəvana, Göyçəyə, Zəngəzura... sahib çıxmaq istəyiblər.
Qarabağ tarixən qafqazın ən strateji yeri olub.Yaxın qonşularımız olan Rusiya, İran, Türkiyə, Ermənistan və eləcə də dünyanın aparıcı dövlətləri olan İngiltərə, Fransa, ABŞ bu yurda həmişə maraq göstəriblər.
Tarixçilər göstərir ki, Dağlıq Qarabağ etnoqrafik əyalət kimi Albaniya dövlətinin tərkibində olmuş, sonralar bütün Azərbaycanla birlikdə ərəb imperiyasının tərkibinə qatılmışdır. Bu imperiya dağıldıqdan sonra Dağlıq Qarabağ Azərbaycan ərazilərində yaranan müxtəlif dövlətlərin tərkibində olmuşdur.
Azərbaycan üçün 1918- ci il çox çətin və mürəkkəb zaman olub. Belə bir vaxtda qardaş Türkiyə bizim ərazi bütövlüyümüzü, suverenliyimizi qorumaq üçün əlindən gələn köməyi edib. Erməni daşnaqlarının, bolşeviklərinin və daima onların arxasında duran xarici qüvvələrin pis niyyətlərini həyata keçirməyə imkan verməyib.
Uzun illərdir ki, ermənilər bütün dünyaya özlərini “əzabkeç”, “yazıq” bir millət kimi tanıdıblar. Bu gün isə onlar daha irəli gedərək dünya xalqlarının parlamentlərində sərsəm soyqrım iddialarını qəbul etdirməyə çalışır və çox hallarda da buna nail olurlar. Bu da bilavasitə ölkələrdə güclü erməni lobbisinin böyük fəaliyyətinin nəticəsidir.
Soyqrım iddiasının əsasını güya Osmanlı imperiyası dövründə türklər tərəfindən kütləvi sürətdə soyqrıma məruz qalmaları təşkil edir. Dünyanı şərlə, böhtanla, məkrlə çalxalayan bu xəstə millət hər il aprel ayının 24- də yalançı göz yaşları ilə qeyd edir. Çox təəssüfləndirici haldır ki, hələ də erməni lobbisinin güclü olduğu dövlətlərdə bu yalançı böhtana, iftiraya inanıb göz yaşı tökənlər var. Amma həqiqət tamam başqa şey deyir. Bu günə kimi dünya arxivlərində qorunub saxlanılan tarixi sənədlərdə göstərilir ki, 1915- 1916- illərdə heç bir etməni soyqrımı olmayıb. Əksinə birinci dünya savaşında, Türkiyənin ölüm- qalım zamanında xaincəsinə ona arxadan sağalması uzun zaman tələb edən yaralar vuruldu. Yüz minlərlə insan məhv edildi.
Bütün bunlar bu gün tarixcilər, araşdırıcılar tərəfindən danılmaz, qaçılmaz faktlarla sübuta yetirilib. Bir müdrik deyib: “Faktlar yaman tərs şeydir, onlardan qaçmaq olmaz”. Bədnam ermənilər də dünya həqiqəti dərk edəndə (yazıqlar olsun, hələ ki, dərk etmir. Yəqin yetkinləşməyib )faktlardan heç cür qaça bilməyəcək. Onda Kərəmi ağlamaq tutacaq.
Real faktlar göstərir ki, həmin illərdə ermənilər 600 min türkü amansızlıqla qətlə yetiriblər. Əgər türklər də ermənilər kimi məkrli, xain, qaniçən, qəddar , yalançı olsaydılar, rəqəmləri yalandan şişirdib daha çox göstərərdilər. Amma tarix və türk xalqı həqiqi faktları ortaya çıxarır, bu faktları isə danmaq mümkün deyil.
1914- cü ildə Osmanlı dövlətinin rəsmi sənədlərində 1 milyon 300 min erməninin Türkiyə ərazisində yaşadığı göstərilir. Ermənilər özləri etiraf edirlər ki, 1914- cü ildə onların 600 mini Cənubu Qafqaza köçüblər. Beləysə ənda əcaba, bu bir milyon 500 min hardan çıxıb?! Demək, erməni yalançılığı özünü göstərib. Rəqəmləri istədiyi qədər artırıb.
Fransa Arxivlər İdarəsindən Avstriya Elmilər Akademiyasının şərqşünası, professor Eçik Fayqlin əldə etdiyi sənədlərdə göstərilir ki, həmin vaxt 300 min nəfərin öldüyünü göstəriblər. Eyni zamanda 2 milyon nəfər kürd, türk və başqa müsəlman olan millətlərə qarşı ermənilər tərəfindən soyqrım törədilib.
Bu qansız millət təkcə türklərə qarşı yox, eyni zamanda azərbaycanlılara, yəhudilərə, gürcülərə, tatlara və s. millətlərə qarşı da soyqrım törədiblər. Yaxşı ki, bunların hamsı qoca tarixin yaddaşında əbədi yaşayır.
Ermənilərin Cənubu Qafqaza köçürülmə tarixi on səkizinci əsrdən başlayır. Rus çarı birinci Pyotr onların Xəzərsahili ərazilərə köçürülməsinə dair sənəd imzalayıb. Nəticədə İrandan, Türkiyədən gətirilən ermənilər İrəvanda, Dağlıq Qarabağda, Naxçıvanda yerləşdiriliblər. Və beləcə, Azərbaycan torpaqları hesabına gələcəkdə baş ağrısına çevriləcək erməni dövlətinin əsası qoyulub. Onlar bilərəkdən və ya bilməyərəkdən Dağlıq Qarabağa gəlmələrinin 150 illiyi münasibətilə Xankəndində abidə də qoymuşdular.Amma çox heyif ki, “Qarabağ əzəli erməni torpağıdır” deyib dünyaya car çəkən ermənilərin səsini batırmaq üçün bu fakt- abidə heç bir tarixci, siyasətçi, yazar tərəfindən gündəmə gətirilmədi.
ABŞ tarixçiləri Y və K. Makartinlər “Türklər və ermənilər” adlı əsərində Ermənistan adlanan coğrafi ərazinin ermənilərə yox, azərbaycanlılara məxsus olduğunu göstərir. Çünki bu ərazilərin adları sırf türk adlarıdır. Ermənilər 1935- ci ildən planlı şəkildə bu adları erməniləşdiriblər. Sovet dönəmində Ukraynada hərbi xidmətdəydim. Xidmətin ikinci ilində bizi Xarkov yaxınlığındakı meşədən yol çəkmək üçün ezamiyyətə aparmışdılar. Həmin vaxt yol çəkilişinə ehtiyatda olan əsgər və zabitləri də səfərbər etmişdilər. İstirahət günlərinin birində mən düşdüyüm bölmənin ehtiyatdan gəlmiş bir zabiti məndən soruşdu ki, nə üçün Naxçıvanı zavallı ermənilərdən almısınız, yazıqdırlar, qaytarın özlərinə. Dedim ki, yoldaş zabit, nəyinki Naxçıvan, indi paytaq elədikləri İrəvan heç vaxt onların olmayıb, oralar əzəli və qədim Azərbaycan torpaqlarıdır. İndi yaşadıqları Ermənistan totpaqlarına ermənilər qıraqdan gəlmədirlər.
Sovet dövründə millətçilikdən danışmaq, yer- yurd təbliğatı atarmaq çox təlükəli və qorxulu idi. Amma ermənilər bunu qorxmadan, çəkinmədən edirdilər. Çünki onların nahaqq, şər, böhtan deyən dilini kəsən yox idi.Sanki onlara xüsusi səlahiyyət verilmişdi.
1918- ci ildə Azərbaycan Xalq Cumhiriyyətinin Milli Şurasının İrəvanın ermənilərə verilməsi qərarının qəbulunda 28 üzvüdən 16 nəfəri iştirak edib. 85 faizi azərbaycanlı olan İrəvan əhalisinin rəyi soruşulmayıb. İrəvandan olan3 deputatın qərara qarşı etirazına baxılmayıb.
Niyə və nəyçün bu faktları sübutlarla, dəlilərlə toplayıb bir sənəd kimi ermənilərin nahaqq, ədalətsiz işini müdafiə edən, ikili standlardan çıxış edən bəzi beynalxalq təşkilatların və ölkələrin gözünə soxmuruq?!
Dəyərli oxucular, belə bir faktlar əlimizdə ola- ola boynu bükük durmaq, susmaq bizə yaraşmaz. Erməninin əlində belə faktlar olsaydı, daşımızı daş üstünə qoymazdş.
Aylar günlərdən, illər aylardan yaranır. Müəyyən gündə baş vermiş yaxşı- pis hadisələrdə ay da, il də yadda qalır, tarix olur. 26 fevral 1992-ci il Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, unudulmayacaq bir ay, bir il bir tarixdir.
Bu il,bu ay yalnız Xocalıların yox, Azərbaycanın, yalnız Azərbaycanın yox, türk dünyasının, yalnız türk dünyasının yox, bütün insanlığın tarixinə vəhşi ermənilər tərəfindən yazılmış qara səhifədir. Nə qədər ki, yer üzərində ermənilər var, bu qara səhifə insanlığa, tarixə bir ləkədir. Neçə ki, bütün dünya dövlətləri bu qətilamı soyqrım kimi tanımayacaq, atalar oğullarının, oğullar analarının üzünə şax baxa bilməyəcəklər, əzab, ağrı çəkəcəklər. Bu ağrıya bütün Azərbaycan sızlayacaq, bu ağrını bütün Azərbaycan çəkəcək. Nə qədər ki, içimizdə bu ağrı, əzab var oturanda da, çay içib, çörək yeyəndə də, yol gedən də tapdanmış namusumuzu, alçaldılmış qürurumuzu fikirləşəcəyik. Fikirləşəcəyik ki, İlahi, biz kimin toyuğuna kiş demişik, biz kimin yerinə- yurduna göz tikmişdik, kimin çörəyinə bais olmuşduq ki, belə bir faciəni gətirdilər başımıza? Kim düzdü- qoşdu, kim düşündü bu qətilamı?
Ən böyük günahkar kimdir? Allahmı, inandığımız bəndəmi?
Dünyanın ən qara günü 28 fevralda erməni hərbi birləşmələri və Sovet ordusunun Xankəndində yerləşən 368- cı motoatıcı alayının zirehli texnikası və hərbiçilərinin köməyi və iştirakı ilə qədim yaşayış məskəni olan Xocalı şəhəri vəhşicəsinə dağıdıldı, yandırıldı, dinc sakinlərinə insan ağlına gəlməyən divan tutuldu. 613 nəfər (108 qadın, 63 uşaq, 70 qoca) qanına qəltan edildi. 1275 nəfər əsir alındı, 150 nəfər isə qarda, çovğunda itkin düşdü, 8 ailə bütünlüklə öldürüldü, 59 nəfər isə görünməmiş qəddarlıqla qətil
olundu. Xocalı soyqrımında 1000 nəfər insan əlil olub ki, onun da 75 nəfəri uşaqdır.
Xocalı soyqrımında əhaliyə və dövlətə 250 milyard dollar ziyan dəyib. Bütün bunlara cavab vermək üçün Ermənistanı və onun qan içən əsgər və zabitlərini beynəlxalq məhkəməyə verb cəzalandırmaq və dəyən ziyanı ödətmək lazımdır. Günü günə, ili ilə satmaq olmaz.
Baş verən erməni vəhşiliyi haqqında dünya mətbuatında danılmaz, gizlədilməz faktlar var. Məsələn o vaxt Fransanın “Krual Eveneimon” jurnalı yazırdı: “Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu”, İngiltərənin “Sondi Tayms” qəzeti isə bunları yazmışdı: “Erməni əsgərləri minlərlə insanı məhv etdi”, Rusiyanın “İzvestiya” qəzetində belə bir məlumat yer almışdı: “Orada uşaqların qulaqları kəsilmiş, kişilərin skalpları götürülmüşdü”.
O günlərin bütün dəhşətlərini yaşamış Səriyyə Talıbova bunları deyir:- Bizi erməni qəbristanına gətirdilər, 4 nəfər məshəti türkünü və 3 azəri türkünü bir erməni yaraqlısının qəbri üstündə qurban kəsdilər.
Xocalı soyqrımını dünyanın tanıması üçün daha ciddi addımlar atılmalı, soyqrım bütün detalları ilə dünya ölkələrinin parlamentlərinə çatdırılmalıdır. Bu soyqrım yaxın keçmişdə olub. Bunu kor olub görməyən dünya, keçən əsrin əvvəlində olmayan bir “soyqrım”ı tanıması və ona göz yaşı tökməsi ən azından dünyanın korluğu və xristian təsübkeşliyidir.
Keçən ilin sentyabr ayında Tanrı bizə imkan verdi ki, 30 il ərzində dünyanı saymayan, BMT- nin, ATƏT- in, AŞ- ın dediklərini qulaq ardına vuran, qaniçən, amansız yağını və işğalçını özümüz cəzalandırdıq. Az da olsa namusumuzu təmizlədik. Bu, insanlıqda ən şərəfli vəzifədir ki, bunu müzəffər Azərbaycan ordusu 44 günə həll etdi. Qarşıda ermənini çox ciddi şəkildə cəzalandırmaq var. Bunun üçün bütün gücümüzü və birliyimizi ortaya qoymalıyıq.
Məhərrəm Şəmkirli
AYB-nin və AJB-nin üzvü.