Millətə pislik edənlər
"Xeberinfo.com": Biz bir millət olaraq heç vaxt kimin və kimlərinsə müftə çörəyini yeməmişik.Bu prinsiplə tərimiz dabanımızdan çıxsa da, yorğunluqdan yeriməyə heyimiz olmasa da, yenə də çalışıb- çabalayıb boğazımızın çörəyini özümüz qazanmışıq.Qürurumuzu uca tutub heç kimə əl açıb sədəqə istəməmişik, minnətli çörəyə əl uzatmamışıq. Rəhmətlik şair Səyavuç Sərxanlı demiş: "Minnətli çörəyi balla yemərəm, bir dadım düz verin mənə". Biz bir dadım duzu bir ton minnətli baldan üstün tutmuşuq. Başqalarının çörəyini yeməyib, başqalarına çörək vermişik. Daima çörək yedirtdiklərimiz həmişə bizə nankor çıxıblar, arxa çevriblər. Yedikləri çörəyi tapdam-tapdam tapdalayıblar.
Zaman- zaman yerd- yurd verib münbit torpaqlarımızda məskunlaşdırdığımız ermənilər sonda bizə minnətdar olmaq, təşəkkür etmək əvəzinə, dirsək göstəriblər. Rus havadarlarının köməyi ilə bizi burunlayıb, elimizdən- obamızdan, yerimizdən- yurdumuzdan perik salıblar. Sonra da bütün iyrənclikləri ilə var səsləri ilə dünyaya car çəkiblər ki. bəs deməzsənmi, biz insanlığın ən ulu və ali insanlarıyıq. Bizə əl yetirin, kömək edin, türklər bizi soyqırıma məruz qoyur. Əsil həqiqətdən heç xəbəri olmayan, baş verənləri görməyən, bilməyən, yalançı hay-həşirə inanan dünya da onları məzlum və zavallı bir millət kimi tanıyıb. Dünyanın "zavallı", "fağır", "məzlum" millət kimi tanıdığı ermənilər əslində canavar, qaniçən. quldur, cani, oqru, baş kəsən, qan tökən və s-dir. Onlar bizə ağla gəlməz, insanlıq adına yaraşmayan cinayətlər ediblər. Torpaqlarımızı əlimizdən alıblar, soyqrım törədiblər, tariximizə, mədəniyyətimizə göz dikiblər, insanlarımızı qaçqına, köçkünə çevriblər, kəndlərimizi, şəhərlərimizi xaraba qoyublar və s. Təbii ki, bütün bunları havadarlarının, onlara tarixən arxa- dayaq duranlarının köməkliyi ilə həyata keçiriblər. Ermənilərin bizə vurduğu ən böyük zərbə insanlarımızın ələ baxımlılığa, sədəqəyə, minnətli çörək yeməyə öyrətmişdir. Bu keyfiyyətlər insanı alçaldır, yazıqlaşdırır, mütiləşdirir, fağırlaşdırır. İnsan tədiricən fiziki əmək qabiliyyətini itirir, cansız bir kötüyə dönür. Gözləri yardım gələn yollarda, qulaqları səsdə olur. Bunun bir günahı da hakimiyyətdədir. Gərək ölkədə baş alıb gedən monopoliyanın, korrupsiyamın , rüşvətxorluğun qarşısını alıb, bütün gücü və diqqəti torpaqları almağa yönəldib, qaçqını, köçkünü ata- baba yurduna qaytaraydı. Yoxsa 22 ildir ATƏT-ə bel bağlayıb ki, ATƏT mənə torpaq qaytaracaq. Birdəfəlik anlamaq lazımdır ki, ATƏT həmsədirlərinin təmsil etdikləri ölkələrin torpaqları işğal olunmayıb, bizim torpaqlarımız işğal olunub. Onu da qanımız, canımız bahasına özümüz azad etməliyik.Özü də ölkənin varlısı, kasıbıyla,kişisi, qadınıyla.
Bunların heç birini edə bilmədinsə heç olmasa iş yerləri açaydın ki, qaçqın, köçkün işləsin, tər töksün, açıq alınla çörəyini qazansın. Əli işdən, alnı tərdən soyumasın. Deyirəm, Allah eləmiş, birdən torpaqları hər hansı yollasa aldıq və bütün qaçqını, köçkünü öz el- obasına yerləşdirdik. Onlar erməninin xarabazara çevirdiyi ev- eşiyi yenidən bərpa edə biləcəkmi? Bax, buna mən inanmıram. Axı bu insanlar bir igidin ömürü qədər ömürlərini ələ baxıblar, yardım gözləyiblər. İşləmək, çalışmaq, tər tökmək vərdişlərini itiriblər.
Erməni bizim əzəli və əbədi düşmənimizdir. Bunu ölkə əhalisinin ( bu ifadə erməni qarnından çıxanlara aid deyil) böyüyündən tutmuş kiçiyinə kimi hamı bilir. Amma daxildə olan, dini, dili bir olan düşmənimizi çox adam tanımır. Bunun kim olduğunu mən deyim, siz də bilin. Bunlar körpü tikməkdən, yol çəkməkdən, pul yığmaqdan başqa əlindən bir şey gəlməyən Nəqliyyat Nazirliyidir. Bu nazirlik xalqın genefondunu zəhərəməklə məşğuldur. O, camaatın canına tənbəllik, süstlük sindiromu yeridib. Bu da gələcək nəsilin xəstə və şikəst olması deməkdir. Nəqliyyat Nazirliyinin və iş adamlarının marşrutlara buraxdıqları avtobusların sürücüləri tərbiyyəsiz, cahil və qabadırlar. Ona görə onlar haqqında belə sərt yazıram ki, şərnişinlərlə kobud rəftar edir. sükan arxasında siqaret çəkir, ucadan bayağı musiqi səsləndirir, metro dayanacaqlarında isdədikləri qədər dayanıb sərnişin gözləyirlər. Bütün bu yaramazlıqlar sərnişinləri təbdən çıxarır, əsəbləşdirir.
Sürücülər dayanacaqlar istisna olmaqla istədikləri yerdə maşını saxlayıb sərnişin düşürüb, götürürlər.İrad bildirəndə də qaba sürücülər: "Mənə ağıl öyrətmə, plan doldururam" deyirlər.
Məgər plan doldurmaq üçün qanunlara sayğısızlıq göstərmək. insanların əsəblərini gərginləşdirmək lazımdır? Bir də plan doldurmaq üçün bir- birinin üstündə gedən sərnişinlərin gediş haqqı kifayət etmir?
Yaponlar hər gün bir neçə kilometr yol gedirlər. Buna görə də onlar dünyanın ən gözəl, ən sağlam, ən çevik və ən uzun ömürlüləridi. Çox təəssüf ki. bizdə hamını tənbəllik, süstlük basıb. Sanki hamı yuxuludur, yüz- ikiyüz metr məsafəni qət etmək üçün də maşından istifadə edirik.
"Elmlər Akademiyası" metro sransiyası ilə Azərbaycan nəşriyyatının arası iki- üç dəqiqəlik yoldur. Amma cavanlar həmin yolu avtobusa minib gedirlər. Nəşriyyatın qabağında dayanacaq var, ancaq sürücülər burda avtobusu ya heç saxlamır, ya da gedib xeyli qabaqda saxlayırlar.
Günü- gündən qanunların urvatdan düşməsi, saya salınmaması, sonda insanların kütləvi halda xəstələnməsinə gətirib çıxarır.Deyirəm, yəqin bu işdə Oqtay Şirəliyevlə Ziya Məmmədov bir araya gəlib, biznes qurublar. Vallah, nə desən olar. onsuz da bu ölkədə hamı pul- para üçün çalışır. Vətəndaşın sağlamlığı, rahatlığı kimə lazımdır?!
Məhərrəm Şəmkirli