Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Avtobuslardakı kart aparatları niyə işləmir?

 

  

 

  "Xeberinfo.com": Metrodan sonra avtobuslar da vahid kart sistemi tətbiq edilib. Rəsmi məlumatlara görə, bu ilin may ayının sonuna qədər 100-ə yaxın avtobusda kart aparatları (validator) quraşdırılıb.2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılacaq.

 

Sürücülərə də, sərnişinlərə də gedişhaqqını nağd ödəmək sərfəlidir

 

Paytaxtın bir neçə yerində müşahidə apardıq. Metronun “Gənclik” stansiyasının qarşısında dayanan 133 saylı avtobuslara validatorlar quraşdırılıb. Ancaq bu sistemdən nə sürücülər, nə də sərnişinlər yararlanır. Səbəb kimi isə nağd şəkildə gediş haqqını ödəməyin daha rahat olmasıdır.

Eyni halla 77, 96, 165 saylı avtobuslarda da qarşılaşdıq. Sürücülərlə söhbət zamanı məlum oldu ki, kart sistemi onlar üçün əlverişli deyil.

“Biz bilmirik kart sistemi quraşdırılandan sonra bizə nə qədər pul veriləcək. Aylıq maaşmız miqdarı barədə söhbət getmir. Deyiblər ki, sistem tam işə düşəndən sonra müqavilə bağlanacaq. Bilmirik bu bizə sərf edəcək, yoxsa yox. Ancaq indiki halda işləməyimiz daha yaxşıdır. Çünki gündəlik haqq var onu ödəyirik, iş bitir. Ya bizə “London taksiləri”ndəki kimi haqq qoyacaqlar, o pulu ödəyəndən sonra nə qaldı sürücüələrə çatacaq, ya da bütün gediş haqları rəhbərliyə gedəcək, başqa xərcləri də özləri qarşılayacaq, biz isə aylıq maaş alacağıq. Aylıq maaş normal olarsa hamı razılaşar, ancaq inanmırıq ki, Nəqliyyat Nazirliyi bunu etsin. “London taksiləri”nin sürücələrinə də əvvəllər deyildi ki, maaş alacaqsınız. Hətta bir müddət oldu da, sonradan bu sistemi yığışdırıdılar, gündəlik “tas” qoyuldu”, - deyə sürücülər bildirirlər.

Kart sisteminin tez bir zamanda işlək olmasını arzu edən sürücülər də var. NadirBabayev deyir ki, kart sistemi işə düşərsə sürücülər sərnişinlərin nazıyla oynamayacaq: “İndi gündəlik haqqı çatdırmaq üçün sərnişin harda dayanırsa biz orada saxlamalıyıq. Çünki ödəyəcəyimiz məbləğ çox yüksəkdi. Belə olan halda da biz bilməyərəkdən tıxac yaranmasına səbəbkar oluruq. Ancaq kart sistemi olsa bizə maaş verəcəklər, ya da “tas” qoyulacaq. Ona görə də dayanacaqdan dayanacağa saxlayacağıq. Sərnişin məcbur olacaq ki, burdagözləsin, “svetafor”da qapının açılmasını tələb etməsin”.

 

“Bir gündə heç 2 manat yüklənmir”

 

Ekspertlərin fikrincə də sistemin qurulmasında böyük problemlər var. Nəqliyyat eksperti Məzahir Rüstəmov “anspress”ə açıqlamasında bildirib ki, əvvəldən bilinirdi ki, sistem düzgün qurulmayıb. Ekspert bunun səbəbinə sahibkarlarla sürücülər və nəqliyyat departamenti arasında münasibətlərin düzgün tənzimlənməməsində görür.
“Unutmaq olmaz ki, arada maliyyə məsələsi var. Bu sistemin qurulmasına külli miqdarda vəsait xərclənib. Amma bu sistemi qurarkən sahibkarları nəzərə almadılar. Sahibkarların hüquqları da nəzərə alınmalıydı”, - deyə Məzahir Rüstəmov bildirib.
Ekspertin fikrincə Nəqliyyat Nazirliyi sahibkarların imkanlarını olduqca məhdudlaşdırır: “Sahibkarlar minnətli işləyir. Sürücülər də sahibkarlara minnətli qalır. İstər qəzaların artması, istərsə sürücü mədəniyyətsizliyi də buradan qaynaqlanır. Bütün bunların bir çıxış yolu var. Gərək Bakıda nəqliyyat sistemi kökundən dəyişdirilsin”.
Sahibkarlar da ekspertlərin fikirləri ilə razılaşırlar. Onlar da, yeni qurulan sistemin işləməyəcəyini deyir.
“Hazırda avtobuslarda validatorlar quraşdırılıb. Artıq 6 aydan çoxdur işləyir. Ancaq kartlardan istifadə edənlərin sayı yox dərəcəsindədir. Bir gündə heç 2 manat yüklənmir”, - deyə sahibkarlar bildirib.
Onlar bu sistemdə sürücülərlə aralarında narazılıqların yarandığını da əlavə edib.

Nəqliyyat Nazirliyi təkzib edir

 

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov isə deyilənlərlə razı deyil.
“Hazırda 40-dan artıq avtobusda validator quraşdırılıb. Bakıda 300 mindən çox gedişhaqqı kartları satılıb. Hansısa sürücü deyir ki, aparat işləmir. Bu Nazirliyin günahı deyil. Sadəcə bu barədə vətəndaşlar Nazirliyə şikayət edərlərsə, biz bu barədə tədbir görərik. Hələ yaxın günlərdə daha 30-dan çox avtobusa validator quraşdırılacaq. Bu sistemi ilin sonuna qədər yekunlaşdırmalıyıq”, - deyə Namiq Həsənov bildirib.
Onun sözlərinə görə, hələlik həm nağd, həm də kart vasitəsilə ödənişlər paralel olaraq həyata keçirilir. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam