Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox” - XİN

“ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox” - XİN
"Çin digər ölkələr kimi koronavirus pandemiyasından əziyyət çəkir. ABŞ başa düşməlidir ki, onun düşməni virusdur, Çin yox".
Yenixeber.org: Bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qen Şuan bildirib.

"Məsuliyyət məsələsinə gəlincə, virusun bütün bəşəriyyətin ortaq düşməni olduğunu dəfələrlə demişik. Çin virusun "ortağı" deyil, ondan əziyyət çəkən tərəfdir. ABŞ-dakı insanlar açıq şəkildə bilməlidirlər ki, düşmənləri Çin deyil, virusdur ",- Qen Şuan ABŞ PrezidentDonald Trampın sözlərini şərh edərkən deyib.

O, əlavə edib ki, qlobal səhiyyə böhranı fonunda beynəlxalq ictimaiyyət birləşməli, hamı problemi aradan qaldırmaq üçün birlikdə çalışmalıdır.

Qeyd edək ki, Donald Tramp ABŞ-ın COVID-19-un Çinin Uhan şəhərində bir laboratoriyada yaradılması versiyasını nəzərdən keçirdiyini və onun mənşəyini təyin etmək niyyətində olduğunu bildirmişdi. O, həmçinin Çini koronavirusun qəsdən yayılmasının sonrakı nəticələri ilə təhdid etmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam