Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Putinin “yaşıl adamları” Latviyada

 

Ukraynadan sonra rusiyameylli separatçıların Baltik ölkələrində də fəallaşacağına dair gözləntilər özünü doğruldub.

"Xeberinfo.com":  Məlumata görə, Avstriyanın “Die Press” qəzeti Latviyanın internet məkanında əsasən rusların yaşadığı Latqaliya regionunun xəritəsini əks etdirən və üzərində “Latqalsk Xalq Respublikası” yazılmış təsvirlər internetdə yayılıb.

Təsvirlərin yayılması Latviyanın xüsusi xidmət orqanlarını ciddi narahat edib. Hazırda separatçılıq təbliğatını təşkil edənlər axtarılır.

Latviyanın 2,2 milyonluq əhalisinin dörddə biri rusdur, əhalinin 35 faizi isə rusdillidir. Latqaliya bölgəsinə daxil olan Dauqavpils və Rezekne şəhərlərinin əhalisinin 80 faizi ruslardır. Bu bölgənin əhalisinin dörddə birinin Latviya vətəndaşlığı yoxdur. Çünki vətəndaşlıq almaq üçün latış dilini bilmək lazımdır, ruslar isə ya bu dili öyrənmək istəmir, ya öyrənə bilmir.

Sənaye şəhərləri olan Dauqavpils və Rezeknedə işsizlik və alkoqolizm geniş yayılıb.Nəticədə xarici kəşfiyyatın əhali arasında separatçı təbliğat aparması və müxtəlif təxribatlar həyata keçirməsi üçün münbit şərait var.

Bu bölgədə əhali informasiyanı Rusiya KİV-lərindən alır, yerli əhali Latviya dövlətindən narazıdır və Rusiyanı xilaskar obrazında görür.

İstisna deyil ki, Latviya internet məkanında “Latqalsk Xalq Respublikası”nın rəmzlərinin yayılmasının arxasında Rusiyadan olan “yaşıl adamlar”, yaxud Baş Kəşfiyyat İdarəsinin diversantları dayanır.

Latviya ilə eyni vaxtda Litvada da separatçılıq təbliğatı baş qaldırıb. Bu ölkədə “Vilensk Xalq Respublikası”nın rəmzləri sosial şəbəkələrdə yayılır. Təbliğatın təşkilatçıları Ukraynanın şərqindəki qondarma “respublikalardan” ruhlandıqlarını və referendum keçirərək “müstəqilliklərini elan etməyə hazırlaşdıqlarını” gizlətmirlər.

Həmçinin təşkilatçılar “yaşıl adamların” Litva paytaxtına göndərilməsinə çağırış edirlər. Litva xüsusi xidmət orqanları bu separatçı təbliğatın mənbəyini araşdırır.

Xatırladaq ki, Ukraynadan sonra Rusiyanın rusdilli əhalinin müdafiəsi adı altında Baltik ölkələrinə müdafiə edəcəyinə dair çoxsaylı rəylər, təxminlər yayılmaqdadır. Rusiyanın Baltik donanmasının müntəzəm olaraq hərbi manevrlər keçirməsi, Kalininqraddakı qoşun qruplaşmasının gücləndirilməsi, habelə Rusiyanın strateji nüvə bombardmançıları qırıcıların müşaiyəti ilə vaxtaşırı olaraq Baltik ölkələrinin hava hüdudları yaxınlığında uçuşlar həyata keçirir.

NATO isə Rusiyanın Baltik ölkələrinə müdaxiləsindən ciddi ehtiyat edir və təcili qaydada çevik reaksiya qüvvələri formalaşdıraraq region ölkələrində yerləşdirir. Həmçinin ABŞ tarixdə ilk dəfə quru qoşunlarını - tankları və zirehli texnikanı Litvaya göndərib.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam