Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

TRAMP TÜRKİYƏYƏ QARŞI SANKSİYA PAKETİNİ İMZALADI – ABŞ Ankara ilə Rusiyanın arasında sipər çəkmək istəyir

ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyanı da özündə əks etdirən 738 milyard dollarlıq “Müdafiə büdcəsi”ni bu gün təsdiq edib.

Yenixeber.org: Sanksiya layihəsində Türkiyənin Rusiyadan aldığı S-400-lərin ABŞ-ın təhlükəsizliyinə ciddi problem yaratdığı açıq bəyan edilib. Və bu üzdən ABŞ Türkiyəni ortaq olduğu F-35 layihəsindən nəinki çıxarıb, eyni zamanda, Ankaraya satılacaq 100 ədəd qırıcının təhvil verilməsi də dayandırılıb.

Paketə görə, Türkiyə Rusiyadan S-400 raketlərinin alınmasından əl çəkməzsə, gələcəkdə daha ciddi iqtisadi sanksiyaların tətbiqi də gündəmə gətiriləcək.

ABŞ Konqressinin qəbul etdiyi, Trampın isə bu gün imzaladığı sənədə əsasən, Türkiyəyə qarşı sanksiya yalnız bir halda dayandırıla bilər: “Türkiyə Rusiyadan S-400 raketlərinin alınmasını dayandırarsa, yaxud buna bənzər hər hansı bir silah alınmayacağına dair təminat verən sənədləri Konqresin Beynəlxalq Əlaqələr Komitəsinə təqdim edəcəyi halda, sanksiya layihəsinə təkrar baxıla bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam