Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İsrail Knesseti - özünü buraxmaq qərarına gəlib

İsrail Knessetinin (birpalatalı parlamentinin) 22-ci çağırış deputatları parlamenti buraxmaq barədə qərar qəbul ediblər.

Yenixeber.org: Hələlik qanun layihəsi ilkin oxunuşda təsdiqlənib.

İsrail Parlamentinin yaydığı məlumatda səs verən 50 nəfərin hamısının qərarın lehinə səs verdiyi vurğulanıb. Qanun layihəsinə görə, 23-cü çağırış Knessetə seçkilər 2020-ci il martın 2-də keçiriləcək.

Qeyd edək ki, 22-ci çağırış Knesseti səlahiyyət müddətinə görə antirekord müəyyənləşdirib: o, üç aydan az müddət faəliyyət göstərib. Özünü buraxmaq qərarı ölkə prezidenti tərəfindən parlamentə verilən Nazirlər Kabinetinin formalaşdırılması üçün səlahiyyət müddətinin bitməsinə bir neçə saat qalmış qəbul edilib. Hökümət koalisiyasının yaradılması ilə bağlı aparılan danışıqlar uğursuz olub.

22-ci Knesset seçkilərindən sonra Nazirlər Kabinetinin yaradılmasına mandatı ölkə prezident Reuven Rivlin növbə ilə iki ən böyük fraksiyanın liderlərinə - hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansa verib. Amma onların heç biri parlament çoxluğundan lazımi dəstəyi ala bilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam