Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ - uyğur məsələsilə bağlı qərar qəbul etdi

ABŞ uyğur məsələsilə bağlı qərar qəbul etdi

Çin ABŞ Konqresinin Nümayəndələr Palatasında Çinin Sincan Uyğur Muxtar Rayonu ilə bağlı aktın qəbul olunmasına hiddətini və sərt etirazını bildirib.

Yenixeber.org: ABŞ Çinin insan hüquqları vəziyyətini, rəsmi Pekinin terrorizmi aradan qaldırmaq səylərini və ekstremizmə qarşı mübarizəsini ləkələdiyi vurğulayıb.

Çin ABŞ Konqresi Nümayəndələr Palatasının qəbul etdiyi sənədi Çinin Sincan Uyğur Muxtar Rayonu ilə bağlı dövlət siyasətinə “qərəzli hücum” kimi qiymətləndirərək bu addımın təkcə beynəlxalq hüququn və beynəlxalq münasibətləri tənzimləyən əsas normaların pozulması deyil, həm də Çinin daxili işlərinə müdaxilə cəhdi olduğunu bəyan edib.

Çin tərəfi həmin aktın qanun kimi qüvvəyə minməsini dayandırmağı tələb edib, lazım olarsa, cavab addımları atılacağını bildirib.

Qeyd edək ki, dekabrın 3-də ABŞ Konqresi Nümayəndələr Palatası "Uyğur müdaxiləsi və qlobal humanitar vəhdət cavabı aktı - 2019" adlı sənəd qəbul edib. Sentyabrın 11-də isə ABŞ Senatı 2019-cu il üzrə "Uyğur insan hüquqları siyasəti aktı" adlı sənədi təsdiqləmişdi.

Ötən ay isə Senat oxşar mövzuda qanun qəbul edib. Nümayəndələr Palatası çinli məmurlara sanksiyalarla yanaşı ABŞ-da istehsal olunan izləmə cihazlarının qadağan edilməsi istənilir. Qanuna əsasən Ağ Ev 120 gün ərzində uyğurlara qarşı insan haqlarını pozan məmurların siyahısını hazırlamalıdır.

Bundan bir qədər əvvəl isə ABŞ Honq Konq İnsan Haqları və Demokratiya Qanunu qəbul edib. Bu isə rəsmi Pekinin sərt etirazına səbəb olub və ABŞ hərbi gəmilərinin Honq Konq limaına yaxınlaşmasını qadağan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam