Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Yeni qanun layihəsi- Çində islam dini “çinliləşdirilir"

Şərqi Türküstanda müsəlmanlara qarşı təzyiqlər son illərdə daha da artıb.

 

Yenixeber.org: Çin höküməti müsəlmanlarla bağlı addım atıb və İslamı “çinliləşdirməyə” çalışan qanun layihəsi qəbul edib.

Sözügedən qanun İslam dinini sosializm ilə uyğunlaşdırmağı tələb edir. Ölkədə 8 islam təşkilatının nümayəndələrinin də iştirak etdiyi iclasda “Çin rejiminə uyğun İslam” layihəsinin olduğu 5 illik plan qəbul edilib.

“GlobaL Times” qəzetinə danışan çinli səlahiyyətli sözügedən planın sadəcə İslam dini ilə məhdudlaşmadığını deyib.

Çin mətbuatına görə həmin iclasda qəbul edilən plan İslam dinini “çinliləşdirməyi” və beləliklə ölkədəki dinləri nəzarətdə saxlamağı nəzərdə tutur. Bəzi hökümət üzvləri əvvəlcə verdikləri açıqlamalarda dinin sağaldılmalı olan psixi problem olduğunu bildirib.

Qeyd edək ki, Çində, xüsusilə uyğurların çox olduğu Şərqi Türküstanda müsəlmanlara qarşı təzyiqlər son illərdə daha da artıb.

“Euronews Türkçe”yə danışan Dünya Uyğur Konqresinin rəhbəri İsa Dolkun Çinin düşərgələrə apardığı müsəlmanların sayının 3 milyona çatdığını deyib.

Ölkənin bəzi yerlərində namaz qılmaq, oruc tutmaq kimi İslami şərtləri yerinə yetirmək qadağan olunub, tutulanlar isə həbs olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam