Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bağdadinin köləsi olan gənc qız: İŞİD liderinin sirlərini açdı

İŞİD-in öldürüldüyü bildirilən lideri Əbubəkr Əl-Bağdadinin köləsi onun həyatının son vaxtlarından danışıb.

Yenixeber.org: Kölə olmuş qız bildirib ki, Bağdadi satqınlardan qorxub və onu ələ verəcəklərini düşünüb: “O, yer altındakı sığınacaqda yaşayır və bəzən hətta çoban kimi geyinirdi”.

“Associated Press” yazır ki, Bağdadi yezidi kürd olan yeniyetmə qızı kölə kimi saxlayıb. Ancaq qız may ayında ABŞ-ın rəhbərliyindəki koalisiya qüvvələrinin keçirdiyi əməliyyatı zamanı azad edilib. O, agentliyə müsahibəsində bildirib ki, Bağdadi 7 nəfərin müşayəti ilə gəzib. Bir neçə ay əvvəl öz səlahiyyətlərinin böyük hissəsini birinci müavininə ötürüb, ancaq şəxsin adı açıqlanmır.

Qızın sözlərinə görə, Bağdadi ilk dəfə İdlibə 2017-ci ilin sonunda qaçmaq istəyib. Qız, Bağdadi, arvadı və yaxın ətrafı 3 avtomobildə İdlib istiqamətində yola düşüb, ancaq hücum təhülükəsi nəzərə alınaraq yoldan geri qayıdıb. Bundan sonra 4 ay qız Bağdadinin qayınatasının evində qalmalı olub. Bağdadinin qayınatası həm də yaxın adamı olan Əbu Abdulla əl- Zubaye Daşiş şəhərində yaşayıb. Bağdadi tez-tez həmin evə gedərək gənc kölə ilə cinsi əlaqədə olub. 2018-ci ilin yazında qızı başqa şəxsə hədiyyə edib. Həmin şəxs də gənc qızı şəhərdən çıxarıb. Bu, onun Bağdadi ilə son görüşü olub. Ancaq daha sonra Bağdadi qıza hədiyyə olaraq zinət əşyası göndərib. /Cebhe.info/

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam