Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Kiyevlə Donbas arasında birbaşa dialoq qurulmalıdır”.

 

"Qərbin Rusiyanı təcrid etmək cəhdləri nəticə verməyəcək"

"Xeberinfo.com":  Məlumata görə, APA-nın Moskva müxbiri xəbər verir ki, belə bir bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

 

O bildirib ki, Kiyev və Donbas nümayəndələri arasında birbaşa dialoq mövcud problemlərin həlli üçün lazımdır.

 

S. Lavrov qeyd edib ki, buna bütün formatlarda keçirilən danışıqlar kömək etməlidir. Moskvanın Ukraynadakı münaqişə tərəflərini razı sala biləcək istənilən danışıqlar formatlarını dəstəkləyəcəyini deyən S. Lavrov bununla belə ölkəsinin onların lüzumsuz şəkildə artırılmasını mənasız hesab etdiyini vurğulayıb. O qeyd edib ki, Moskvanın Donbas regionunun xüsusi statusu və konstitusiya islahatları ilə bağlı təklifləri var.  

 

Rusiya XİN başçısı həmçinin bildirib ki, Qərbin Rusiyanı təcrid etmək cəhdləri nəticə verməyəcək.

 

“Biz Qərb tərəfdaşlarımızdan tez-tez Rusiyanın təcrid edilməsi ilə bağlı bəyanatlar eşidirik. Barak Obama da xalqa müraciətində oxşar məsələlərdən danışıb. Bu cəhdlər nəticəsiz qalacaq”, - deyə o vurğulayıb.

 

S. Lavrov qeyd edib ki, prezident Vladimir Putin Rusiya Federasiya Şurasına müraciətində Rusiyanın heç vaxt özünü təcrid yolu ilə getməyəcəyini bildirib: "Moskva Vaşinqtonu ikitərəfli əsaslarda, eləcə də beynəlxalq arenada konstruktiv fəaliyyət yoluna qayıtmağa çağırır".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam