Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Moskva Qərblə dialoqa ümid edir”

 

      Rusiya Qərblə dialoqa ümid edir.

"Xeberinfo.com": Məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni dərs ilinin başlanması münasibəti ilə keçirilən tədbirdə deyib.

“Tərəfdaşlarımızla razılaşmadıqlarımızı müzakirə etmək lazımdır. Ümid edirik ki, onlar da bizə belə münasibət göstərəcəklər, bizi bütün məsələlərdə günahlandırmayacaqlar, oturub söhbət edib öz etirazlarını vicdanlı olaraq bildirəcəklər. Əgər bu baş verməyəcəksə, onda biz belə bir nəticəyə gələcəyik ki, tənqid ancaq ultimatumlara, sanksiyalara haqq qazandırmaq üçün lazımdır”, – deyə Rusiya XİN başçısı gələcək diplomatların önündə çıxışında qeyd edib.

S. Lavrov onu da bildirib ki, ABŞ və Avropa İttifaqı Ukrayna hökumətindən dinc sakinlərə qarşı ağır artilleriya və aviasiyadan istifadəni dayandırmağı tələb etməlidir: “Vaşinqton və Brüssel Kiyevdən digər münaqişələrdə tələb etdiklərini tələb etməlidir. Moskva əmindir ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə praqmatik əməkdaşlığa qayıtmaq lazımdır. Bu, qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında olmalıdır. Bunun üçün əlbəttə ki, perspektivsiz hədə, ultimatum və sanksiya siyasətindən tamamilə imtina etmək lazımdır”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam