Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Rusiyalı general rüşvət ittihamı ilə tutuldu

 

Vladimir Putinin sui-istifadə iddiası ilə vəzifədən qovduğu sabiq Müdafiə naziri Anatoli Serdyukov Moskva Presnenski Məhkəməsində hakim qarşısına çıxıb.

 

"Xeberinfo.com":  Məlumata görə, vəzifə müddətində nazirliyinə məxsus mülklərin satışını reallaşdırdığı iddia edilən Serdyukov bir neçə halda təqsirli bilinir.

 

Məhkəmədə özünü müdafiə edən keçmiş nazir etdiyi hərəkətlərə haqq qazandırıb:

 

“Bu hadisələrlə bağlı yığıncaq keçirilib. Bu binaların böyük bir qismi gərəksizdir. İçində təmir şirkətlərinin də olduğu şirkətlərin bir çoxu iflas edir. Biz bu şirkətləri batmaqdan xilas etmək üçün özəlləşdirdik. Onlar üçün də iş yeri imkanı yarandı. Bəzi incə tənzimlənmələrlə əlaqədar təlimatlar verdim. Daha sonra bu qərarların təsdiqlənməsiylə bağlı məsləhət yığıncaqları təşkil etdilər. Nazirliyin gərəksiz xərclərini azaltmaq üçün 2007-ci ilin ikinci yarısında Rusiya prezidenti ilə razılaşmışdım”.

 

Bundan başqa sui-istifadə hadisəsinin ana qəhrəmanı olduğu deyilən nazirliyin mülki təminat bölməsinin keçmiş başçısı Yevgeniya Vasilyeva Serdyukovun yaxını olaraq tanınır.

 

Xatırladaq ki, 2012-ci ilin noyabrında vəzifədən azad edilən Serdyukov ümumilikdə 100 milyon dollarlıq rüşvət əməliyyatında günahlandırılır.

 

Anatoli Serdyukovun keçmiş azərbaycanlı həmkarı general-polkovnik Səfər Əbiyevlə yaxın dostluq münasibətləri olduğu bildirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam