Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Özbəkistanda dövlət adamlarının kütləvi həbsi- nazir, prokurorlar, rəislər...

Özbəkistanın hərbi məhkəməsi Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri İxtiyar Abdullayevə və onun 10-dan çox əməkdaşına hökm oxuyub.

Yenixeber.org: Yüksək rütbəli kəşfiyyatçı rüşvətxorluqda, məhkəmə hakimləri və başqa güc strukturlarının nümayəndələri ilə birlikdə mütəşəkkül cinayət şəbəkəsi qurmaqda təqsirli hesab olunub.

Özbəkistan Ali Məhkəməsinin rəsmi saytında verilən xəbərdə İxtiyar Abdullayev 18 il, onun keçmiş müavini Cahangir İqamov 16 il, DTX sədrinin keçmiş müşaviri Əlişir İşanxocayev 17 il həbs cəzası alıblar. Bundan başqa, Daşkənd şəhər prokurorunun keçmiş müavini Erkin Abdullayev 14 il, Ədliyyə Nazirliyinin kadrlarla iş üzrə idarə rəisinin müavini Yusufbay Xocayev 8 il müddətində azadlıqdan məhrum ediliblər.

Həmçinin baş prokurorun keçmiş müavini Hayrat Hidayətov, Ali Məhkəmə sədrinin keçmiş müavini Bahadır Dekhanov, Namanqan vilayətinin keçmiş prokuroru Uluqbek Toşev də məhkəmə hökmü ilə 5 il müddətinə məhkum olunblar.

Məhkumlar bundan sonra müəyyən müddət ərzində hər hansı vəzifə və ya maddi məsuliyyət daşıyacaq postlar tuta bilməyəcəklər.

Ali Məhkəmənin rəsmi saytında cinayətkar qrupun digər üzvlərinin də layiq olduqları cəzanı gördükləri, həmçinin onların dövlətə, habelə başqa fiziki və hüquqi şəxslərə vurduqları ziyanın ödənilməsi üçün tədbirlər görüldüyü vurğulanıb.

Məhkəmə 2 ay qapalı rejimdə keçrilib. İstintaq gedişində 300-dən çox zərərçəkmiş və şahidin ifadəsi alınıb.

Qeyd olunur ki, İxtiyar Abdullayev 2018-2019-cu illərdə Özbəkistann Dövlət Təhlükəsizlik Xidmətinə sədrlik edib. Bundan öncə o , 3 il ölkənin baş prokuroru, daha əvvəllər isə parlamentdə senator vəzifələrini daşıyıb.

2009-cu ildə İxtiyar Abdullayev Özbəkistaın 1-ci prezidenti İslam Kərimovun müşaviri təyin eidlib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam