Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Adnan Oktara - 870 il həbs istənildi

Adnan Oktara 870 il həbs istənildi
Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktara istənilən cəzanın müddəti bəlli olub.
Yenixeber.org:  Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqın tamamında ona 870 ,5 ilə qədər həbs istənilib. 

Türkiyə Respublika Prokurorluğunda vəkillər Sərdar Akan və Caner Baboğlu tərəfindən hazırlanan 4 min səhifəlik iddianamədə Oktarın etdiyi cinayətlərin siyahısı tərtib edilib. 

Onun haqqında günah işlətmək məqsədi ilə təşkilat qurmaq və idarə etməyə görə 9, siyasi cəsusluğa görə 20, cinsi istismara görə 78 , cinsi təcavüzə görə 255 il istənilib. 

Qəsdən adam öldürmə, şantaj və digər çoxsaylı cinayətləri nəzərə alınmaqla toplam 870,5 illik həbs tələb edilib. 

Qeyd edək ki, Adnan Oktar cinayət törətmək məqsədilə təşkilat yaratmaq, uşaqlara təcavüz, uşaqların oğurlanması, şantaj, siyasi və hərbi casusluq, dini inancdan istifadə edərək insanları aldatma, çirkli pulların yuyulmasında ittiham olunur. İstanbul daxil olmaqla 5 regionda aparılan əməliyyat nəticəsində Adnan Oktar tərəfdarı olduğu bilinən 235 nəfər saxlanılıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam