Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya XİN-dən Putinin efirdə söyülməsinə reaksiya: "Bu, açıq təxribatdır..."

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Gürcüstanın “Rustavi 2” telekanalında prezident Vladimir Putinin ünvanına səsləndirilən təhqirlərə münasibət bildirib.

Yenixeber.org: Rusiya dövlət başçısının ünvanına təhqiramiz ifadələrin səsləndirilməsi qınanıb.

“Buna gürcü radikal qüvvələrinin Rusiya-Gürcüstan münasibətlərini pozmağa istiqamətlənmiş daha bir açıq təxribatı kimi baxırıq. Bu məlum insident çirkin rusofobiyanın hara apardığı yerin aydın nümunəsidir. Qeyd edirik ki, bu dəfə iyunun 20-də Rusiya parlamenti nümayəndələrinə hücumlardan fərqli olaraq Gürcüstan hakimiyyəti radikallara haqq qazandırmadı, özlərini təxribatçılardan ayırmağa və onların hərəkətini qınamağa özündə güc tapdı. Baş verənlərlə bağlı Gürcüstan cəmiyyətində haqlı narazılığı da görürük. Beynəlxalq və regional təşkilatlardan, jurnalist cəmiyyətləri tərəfindən adekvat reaksiyaları gözləyirik. Bu cür təzahürlərə sivil ölkələrdə yer olmamalıdır”, – Rusiya XİN-in saytında yayılan məlumatda vurğulanıb.

Qeyd edək ki, ötən gecə “Rustavi 2” telekanalının aparıcısı Giorgi Qabunia aparıcısı olduğu verilişdə Rusiya prezidenti Vladimir Putinin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra telekanalın binasının qarşısında etiraz aksiyası keçirilib və yayımının dayandırılması tələb edilib. Aksiya səbəbi ilə baş direktor Nika Qvaramia yayımının dayandırıldığını bəyan edib. Bu gün səhər saat 07:30-də telekanal yayımını bərpa edib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam