Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Rusiya hakimiyyəti internetə nəzarəti gücləndirir – "Yandex" özünün şifrə açarlarını...

 

Rusiyanın ən böyük internet axtarış mühərriki “Yandex” özünün şifrə açarlarını hakimiyyət orqanlarına təqdim etməkdən imtina edib.

Yenixeber.org:  Bu açarlar Rusiyanın hüquq-mühafizə orqanlarına “Yandex”dən keçən bütün e-mail axınının şifrəsini açmaq imkanı verə bilərdi.

RBC agentliyi iyunun 4-də xəbər verib ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti şifrə açarlarını bir neçə ay bundan əvvəl tələb edib.

“Yandex” ehtiyat edir ki, şifrə açarlarının hüquq-mühafizə orqanlarına verilməsi onun istifadəçilərinin ABŞ-ın “Google” mühərrikinə üz tutmasına səbəb ola bilər.

“Yandex”in səhmləri rəsmi olaraq Nyu York birjasında dövriyyə edir.

“Yandex” bildirir ki, hər hansı müəyyən mesajların açılması üçün informasiyanın verilməsi Rusiya qanunlarına görə məqbul olsa da, şirkət özünün bütün şifrə açarlarını FTX-yə verə bilməz.

Rusiya son illərdə internet üzərindəki nəzarətini artırmağa çalışır. Prezident Vladimir Putinin tənqidçiləri bunun fərqli düşüncənin qarşısını almaq məqsədi güddüyünü deyirlər.

Rusiyada bütün telekanallar və çap mediası hökumətin nəzarətində olsa da, internet nisbətən nəzarətsiz qalır.

Rusiya indi “Yandex”, “Telegram” və “Tinder” kimi 170 “informasiya yayıcısından” öz vətəndaşlarına aid informasiyanın Rusiya ərazisindəki serverlərdə yerləşdirilməsini tələb edir.

Rusiyada media və kommunikasiyalara dövlət nəzarəti komitəsi – “Roskomnadzor” “Tinder”i özünün “narahatlıq doğuran vahidlər” siyahısına daxil edib.

“Yandex” deyib ki, Rusiya qanunlarının bütün narahatlığını başa düşür, lakin eyni zamanda məxfiliyin qanunu pozmadan qorunmasının mümkün olduğuna inanır.

“Roskomnadzaor” ötən il “Telegram” platformasını özünün şifrə açarlarını dövlət orqanlarına təqdim etməkdən imtinasına görə bloklamamağa çalışmışdı. O, həmçinin “Microsoft”un “Linkedin” saytını bloklamışdı. Komitə habelə “Facebook” və “Twitter”i Rusiya qanunlarını pozduğuna görə cərimə etmişdi.

Ekspertlər inanırlar ki, Rusiya “Telegram”dan fərqli olaraq “Yandex”i bloklamaq kimi addım atmayacaq və nəticədə tərəflər arasında kompromis tapılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam