Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

“MTN-lə əməkdaşlıq edən şəxslərin de-şifrə edilməsini yanlış və ziyanlı hesab edirəm” –Sülhəddin Əkbər

 

Bu günlərdə MTN-lə əməkdaşlıq edən şəxslərin adlarının, habelə həmin şəxslərin bu əməkdaşlıq qarşılığında aldıqları pulların məbləği açıqlanmaqdadır. Maraqlıdır, xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən şəxslərin bu şəkildə de-şifrə edilməsi nə dərəcədə doğrudur? Bu cür yanaşma insnaları xüsusi xidmət orqanı ilə əməkdaşlıqdan çəkindirə bilərmi?

 

Yenixeber.org:  Moderator.az-a açıqlama verən AZDP sədri, politoloq, təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər baş verənlərin narahatverici olduğunu təsdiqlədi:
“Sualınıza görə təşəkkür edirəm. Doğrusu, o gündən içimdə bir narahatlıq var və hesab edirəm ki, məsələlərə bu formada yanaşmaq doğru deyil. Məhkəmə prosesində həqiqətən də zərurət olduğu halda bu məsələlərə toxunula bilər. Amma belə olan halda məhkəmə qapalı keçirilməlidir. Ona görə qapalı keçirilməlidir ki, MTN-lə əməkdaşlıq edən şəxslərin kimliyi bəlli olmasın. Çünki bunun milli təhlükəsizliyimizə həm qısamüddətli, həm də uzunmüddətli mənfi təsirləri ola bilər. Həmçinin, həmin şəxslərin özləri və ailələri ilə bağlı sosial-psixoloji problemlər meydana çıxa bilər. Bu, oldquca həssas bir məsələdir. Bütün dünyada bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Bu şəxslərin adının bütün ictimaiyyətə elan edilməsini yanlış və ziyanlı hesab edirəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam