Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Onun qətlini yalnız Putin sifariş verə bilərdi…”

 

Sui-qəsd nəticəsində həyatını itirən Boris Nemtsovun dayısı oğlu İqor Eydman bu qətldə Vladimir Putini ittiham edib. 

"Xeberinfo.com":  Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Eydman öz “facebook” səhifəsində yazıb: “Putin Nemtsovun qətlini Kadırovun öhdəsinə buraxıb. Kadırov isə öz növbəsində bu işi Adam Dalimxanova sifariş edib. Əməliyyata Federal Mühafizə Xidməti dəstək verirdi. Kadırovla münaqişədə olan Federal Təhlükəsizlik Xidməti isə bu işə cəlb olunmamışdı və sona qədər əməliyyat barədə məlumatlı deyildi”.
İqor Eydmanın fikrincə, hüquq-mühafizə orqanları qətlin icraçılarını həbs etməyi düşünmürdülər. Onlar bu işdə hansısa xarici qüvvələri ittiham etmək istəyirdilər, lakin bu zaman plan pozulur.
“Federal Təhlükəsizlik Xidməti vəziyyətdən istifadə edərək neçə müddətdir onlara kriminal bazarda (borcların qaytarılması və s.) rəqabət yaradan “kadırovçu”lardan qisas almağa qərar verir. Təhlükəsizlik Xidməti Putinin Boris Nemtsovun qətli ilə bağlı dediklərindən istifadə edərək hadisənin bütün icraçılarını həbs edirlər. Çıxılmaz vəziyyətdə qalan Kreml isə dini motivdən istifadə edərək qətli həbs olunanların üstünə atmaq qərarını verir. Lakin FTX həm də Delimxanov və Geremeyev kimi böyük fiqurların da başını tələb edir. Kadırov təbii ki, öz adamlarını satmaqdan imtina edir.
Hamıya aydın idi ki, Delimxanov Nemtsovu Kadırovun göstərişi olmadan, Kadırov isə öz Kreml boslarının göstərişi olmadan bu addımı atmazdı”.
İqor Eydman Vladimir Putinin gözdən itməsini məhz daysı oğlunun ölümündən sonra baş verənlərlə əlaqələndirir:
“Valdayda öz iqamətgahına geri çəkilən Putin uzun müddət fikirləşdikdən sonra FTX-nə ilkin versiyaya qayıtmağı tələb edir. KİV-lərə ilk vaxtlar qətlin xarici qüvvələr tərəfindən sifariş verilməsi ilə bağlı məlumatlar sızdırılırdı. Hazırda əsas şübhəli Zaur Dadayevdən bu tipli etiraf əldə olunmağa çalışırlar. Lakin əgər o tab gətirsə, onda Kremlin planı darmadağın olacaq. Amma bu zaman ictimaiyyətin də işə olan marağı azalacaq. Ona görə Putinə bu variant da sərf edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam