Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Yaponiyalı nazir:"Şimali Koreya öz nüvə və raket potensialını..."

Nüvə silahını tam və bərpa olunmaz şəkildə ləğv etməli olan Şimali Koreya öz nüvə və raket potensialını saxlamaqda davam edir.

Yenixeber.org:  Bu barədə Yaponiyanın Müdafiə naziri Takeşi İvaya Asiya-Sakit okean regionunda təhlükəsizlik məsələlərinə həsr olunan “Şanqri-La dialoqu” beynəlxalq konfransında çıxışı zamanı bildirib.

“Şimali Koreyanın sərəncamında Yaponiya ərazisini əhatə edən bir neçə yüz ballistik raket var. Bu ölkə, həmçinin ABŞ və Avropanın əsas ərazilərinə çata biləcək ballistik raketlərə malikdir”, – deyə nazir bildirib.

T.İvaya qeyd edib ki, Yaponiya ABŞ-ın Şimali Koreyanın Koreya yarımadasını nüvə sılahından tam azad etmək üçün konkret addımlar atması barədə mövqeyini dəstəkləyir. O, həmçinin əlavə edib ki, Yaponiya Şimali Koreyanın nüvə silahının tam, bərpa edilməyəcək və nəzarət olunacaq bir şəkildə, həmçinin müxtəlif məsafəli ballistik raketlərinin tam ləğvinə çağırır.

Nazir bildirib ki, Yaponiya Koreya yarımadasının sabitliyini arzulayır və ümid edir ki, Şimali Koreyanın nüvə silahının ləğvi yalnız diplomatik yolla öz həllini tapacaq. Yaponiya ABŞ və Cənubi Koreya ilə birlikdə Şimali Koreya probleminin həlli üçün əməkdaşlığı möhkəmləndirəcək və birgə təlimlər keçirəcək.

Bununla yanaşı, T. İvaya bəyan edib ki, Yaponiya nüvə-raket və oğurlanan yapon vətəndaşları problemlərinin həlli nəticəsində Şimali Koreya ilə münasibətlərin normallaşdırılmasına çalışır.

Şimali Koreyanın böyük təbii ehtiyatlara və əmək qüvvələrinə malik olduğunu qeyd edən nazir bu ölkənin düzgün inkişaf xətti seçəcəyi təqdirdə öz daxilində vəziyyəti düzəltmək imkanı qazanacağını da deyib.

Oğurlanmış yapon vətəndaşlarının hələ də Şimali Koreyada saxlanması problemi iki ölkə arasında dialoqun bərpasına ciddi maneə yaradır. Bu iki ölkə arasında heç bir diplomatik və nəqliyyat əlaqələri yoxdur.

Bu ərəfədə Yaponiyanın Baş Naziri Şinzo Abe Şimali Koreya lideri Kim Çen In ilə heç bir ilkin şərt olmadan görüşməyə hazır olduğunu bildirib(azərtac).

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam