Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Cavabımız çox sərt olar” -ABŞ-dan Şimali Koreyaya xəbərdarlıq

Şimali Koreya bu səhər Yapon dənizinə dörd ballistik mərmi atıb. Yaponiya və Cənubi Koreya buna cavab olaraq “Pyongyang” rəhbərliyinə sərt reaksiya göstərib.

Yenixeber.org:  Yaponiyanın baş naziri Şinzo Abe mərmilərdən üçünün ölkəsinin xüsusi iqtisadi sahəsinə düşdüyünü söyləyib. Abe son addımın Şimali Koreyadan onlara qarşı yeni bir təhdidi açıqca göstərdiyini bildirib.

Cənubi Koreya ordusu isə mərmilərin Tongchang-ri bölgəsində Şimali Koreya-Çin sərhədinə yaxın bir yerdən atıldığını və təxminən 1000 kilometr boyunca havada qaldığını deyib.

Milli təhlükəsizlik heyətini yığan Cənubi Koreyanın müvəqqəti lideri Hwang Kyo-ahn ABŞ istehsalı olan mərmi müdafiə sisteminin dərhal ölkəsində yerləşdirilməsi çağırışı edib. Sistemin qarşıdakı aylarda Cənubi Koreya torpaqlarında yerləşdirilməsi nəzərdə tutulurdu.

Şimali Koreya tərəfi ballistik raket sınağının müvəffəqiyyətli olduğunu deyərkən, ABŞ-dan sərt xəbərdarlıq gəlib: “Nüvə silahına cavabımız çox sərt olar.” Bu arada da Şimali Koreya tərəfi ABŞ-Cənubi Koreya hərbi manevrlərini işğala hazırlıq kimi qəiymətləndirib.

“Pyongyang” rəhbərliyi keçən ay Donald Trampın ABŞ prezidenti olmasından bu yana ilk dəfə ballistik raket sınağı keçirmişdi. Birləşmiş Millətlər Təşkilatı (BMT), ABŞ, Cənubi Koreya və Yaponiya Şimali Koreyanı qkınamış, BMT Şimali Koreyanın raket sınaqlarını qadağan etmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam