Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Erməni tarixçilərindən saxtakarlıq

 

"Erməni tarixçilərin İrəvanın mərkəzində guya inqilabdan əvvəlki dövrə aid 20-yə yaxın binanın tikintisini nəzərdə tutan "Köhnə şəhər" layihəsinin həyata keçirilməsi ilə bağlı planları gülüncdür".

 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov keçirdiyi mətbuat konfransında bildirib. 


"Qeyd edim ki, belə şəhərin yaradılması ideyası erməni alimlərində hələ XX əsrin 60-cı illərində mövcud idi, lakin o zaman onlar bunu maliyyələşdirə bilmədilər. Bu yaxınlarda İrəvan meriyası həmin layihə üçün vəsaitin ayrılması haqqında sənəd imzalayıb. Bu, gülünc plandır. Ermənistan hökuməti abidələri, o cümlədən Azərbaycana məxsus olduğunu təsdiqləyən İrəvan qalasını yox edərək şəhərin tarixi mərkəzini tamamilə dağıblar", - sektor müdiri qeyd edib. 


F.Axundov deyib ki, Qafqaz qədim regiondur.


"Bu layihə İrəvanın tarixinin saxtalaşdırılması və dəyişdirilməsi, ona yeni görünüşün verilməsi məqsədini güdür", - o vurğulayıb. 


Sektor müdiri vurğulayıb ki, Ermənistan tərəfi layihəni həyata keçirmək arzusunu bildirdikdə Azərbaycan mütəxəssisləri İrəvanın vaxtilə Azərbaycana məxsus olmasını isbatlayan çertyoj və planlarla yardım göstərməyi təklif ediblər.


"Üç il ərzində ermənilər susdular və yenidən bu layihəni qaldırırlar", - F.Axundob bildirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam