Erməni deputat Bakıda yalan danışdı -FAKTLAR
“Avronest”in iclasında iştirak etmək üçün Azərbaycana gələn erməni deputatlardan biri - Mane Tandilyan yerli jurnalistlərin suallarını cavablandırıb. O, erməni xislətinə sığınaraq deyib ki, guya Ermənistanda Azərbaycanın mədəni irsi qorunur, tarixi abidələr məhv edilmir.
Yenixeber.org:Erməni deputat ağ yalan danışdığını bildiyi halda, tarixi abidələrlə bağlı çəkiliş aparmaq üçün dövlət televiziyasının nümayəndəsini Ermənistana dəvət edib.
“Ermənistanda Azərbaycanın mədəni iris qorunur. Bizə inanmırsınızsa, gəlin, çəkiliş edin. Mən parlamentin deputatı kimi Azəırbaycan televiziyasının nümayənsdəsini Ermənistana dəvət edirəm” – erməni deputat deyib.
İşğalçı ölkəni təmsil edən deputatın həqiqətləri danışacağını onsuz da heç kim gözləmirdi. Axı, o, deyə bilməzdi ki, Azərbaycanın işğal altında saxlanılan torpaqlarında bütün maddi-mədəni irs məhv edilir, tarixiniz silinir.
Tarixi faktlar Tandilyanı tamamilə yalanlayır və təkzib edir.
Heç kimə sirr deyil ki, Ermənistanda azərbaycanlılara məxsus maddi-mədəni irsə qarşı vandalcasına, dağıdıcı münasibət göstərilib, onları dağıdaraq yer üzündən silməyə çalışıblar. İrəvan qalasındakı bütün tarixi abidələr, o cümlədən Xan sarayı və Sərdar (Abbas Mirzə) məscidi ermənilər tərəfindən məhv edilib.
Bu gün Ermənistan ərazisində azərbaycanlılara məxsus yalnız iki tarixi-memarlıq abidəsi qalıb. Onlardan birini - İrəvan şəhərindəki Göy məscidi “fars məscidi”, digərini - İrəvan yaxınlığındakı Əmir Səəd məqbərəsini isə “türkmən abidəsi” kimi qələmə verirlər.
Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırım həyata keçiriblər. Monoetnik ermənidövlətində əvvəllər azərbaycanlıların yaşadıqları 703 yaşayış məntəqəsinin adlarını dəyişdirərək erməniləşdiriblər.
Mane Tandilyan məgər bilmir ki, Azərbaycanın işğal altında olan ərazilərində tarixi abidələrimiz, milli-mənəvi dəyərlərimiz erməni vandalları tərəfindən məhv edilib?!
Xanım Tandilyanın nəzərinə çatdırmaq istərdik ki, ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu Ermənistanın işğalına məruz qalıb.
Azərbaycana aid 500 tarixi-memarlıq abidələri, 100-dən çox arxeolojik abidə, minlərcə əsərin qorunduğu 22 müzey, 4 rəsm sərgisi, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı ermənilər tərəfindən məhv edilib.
İşğal nəticəsində Azərbaycanda peşəkar musiqi sənətinin əsasını qoyan musiqiçi Bülbülün, musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyi talan edilib. Xocalıdaki "Dairəvi Məbəd"(1356-1357) və "Türbə"-nin (14-cü əsr) aqibəti hələ də məlum deyil.
Hərbi təcavüz nəticəsində işğal olunmuş ərazilərdə ilk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları hal-hazırda hərbi məqsədlərlə istifadə edilərək qəsdən dağıdılır. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayılrayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli abidələrimiz məhv edilir.
Mane Tandilyanın təriflədiyi Ermənistanın valdalizmi nəticəsində Qarabağ ərazisində olan qədim qəbiristanlığı, böyük Azərbaycan şairi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin türbəsi, Ağdamda Pənah xanın imarəti, Cümə məscidi, Laçın rayonunda Həmzə Sultan və Soltan Əhməd sarayları, məscidləri, ziyarətgah və ibadətgahları, daş heykəlləri, qədim qəbirləri, kurqanları, tarixi abidə olan yaşayış binaları dağıdılıb.
Ermənistanın mədəni irsimizə qarşı həyata keçirdiyi terroru sübut edən faktların siyahısı daha da artırmaq olar. Yuxarıda qeyd etdiklərimiz bunlardan yalnız bir neçəsidir.
Qeyd edək ki, sabah erməni deputatlar Bakıya gəzintiyə çıxacaqlar. Onlar Bakının gəzməli-görməli yerlərində olduqdan sonra, güman ki, şəhərin mərkəzində yerləşən ermənikilsəsinə də baş çəkəcəklər. İnanmaq istərdik ki, xanım Tandilyan Azərbaycanda ermənikilsəsinin necə saxlanıldığını gördükdən sonra, danışdığı yalan görə xəcalət çəkəcək.
Rüstəm İsmayılov
AzVision.az