Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İŞİD-dən internetə qadağa

 

Namaz vaxtı şəbəkə dondurulacaq 

 

"Xeberinfo.com": “Reuters”in yaydığı xəbərdə deyilir ki, İŞİD qrupunun üzvləri nəzarət etdikləri ərazilərdə naqilsiz İnternet xəttinin kəsilməsinə göstəriş verib. Yeni qadağaya görə namaz qılmaq zamanı gəldikdə bütün iaşə obyektlərində olan İnternet xətti durdurulmalıdır. Bu qadağa cümə axşamından etibarən qüvvəyə minib. Artıq Suriyanın Deir al-Zor şəhərində hökmün icrası ilə bağlı yoxlamalar keçirilib. 
Agentlik qeyd edir ki, bu qadağa ilə radikal islamçı qrup kimi tanınan İŞİD insanların şəxsi həyatına müdaxiləni daha da gücləndirmək fikrində olduğunu nümayiş etdirib. Yaxın Şərqin mərkəzində xilafət qurmaqda iddialı olan ultra-radikallar hazırda Suriya ilə İraqın geniş ərazilərini öz əllərində saxlayırlar. ABŞ başqa olmaqla Birləşmiş Alyans onlara qarşı əsasən hava hücumları həyata keçirir. 
Suriyadakı mənbələr agentliyə bildirirb ki, müsəlmanlar gündə 5 dəfə namaz qılırlar. Bu isə o deməkdir ki,İnternet hər gün ən azı 5 dəfə kəsiləcək. 
“Reuters” bildirir ki, İŞİD-ın paytaxtı hesab olunan Raqqada isə artıq musiqi və insanların şəkilləri qadağan olunub. Bu qadağalara hər yerdə- təndirxanalardan tutmuş məktəblərə qədər, məhkəmələrdən tutmuş məscidlərə qədər,  əməl olunur. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam