Redaktor seçimi
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Günün xəbəri

Rusiya sürətlə Çinin müstəmləkəsinə çevrilir

 

223483543

 

Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsov Facebook səhifəsində ölkədə baş verənlərə nəzər salıb:

"Xeberinfo.com": Rusiya sürətlə Çinin xammal əyalətinə çevrilir. Bu da faktlar:

1. Qazın qiyməti ilə bağlı razılaşma olmadan «Sibirin Gücü» qaz kəməri çəkilir. 55 mlrd dollar dəyəri olan layihə şübhəsiz ki, zərərlidir. Rusiya Çinə qaz ixracına maddi yardım edəcək.

2. Rosneft çinlilərdən gələcək təchizatın hesabına 70 mlrd dollar kredit götürüb. Faktiki olaraq uzun illər sonra hələ çıxarılmamış neft satılıb.

3. Çinlilər Sibirin ən iri neft yataqlarından Vankordan pay əldə edib.

4. Çinlilər Timçenkonun Novatek şirkətinə məxsus Arktika yataqlarına ortaq olub.

5. Çinlilər kalium gübrələrinin istehsalı ilə məşğul olan dünyanın ən iri şirkəti – Uralkaliyin səhmdarı olub.

6. Çinlilər VEB və VTB-a yanız Çin məhsulları almaq üçün kredit verir. Yəni bu kreditlər Rusiyanın deyil, Çinin iqtisadiyyatını inkişa etdirir.

7. Putin Çinə ən müasir silahları – Su-35 təyyarələri və S-400 komplekslərini satır. Növbədə son model sualtı qayıqlardı.

Bir rusa 10 çinliyinin düşdüyünü və Çinin ÜDM-in Rusiydan 5 dəfə çox olduğunu nəzərə alsaq, bundan sonra hadisələrin necə inkişaf etdiyini bilmək çətin deyil.

Təbliğatçılar bağırır ki, Putinin əsas xidməti ölkənin suverenliyinin müdafiəsidir. Bu həyasızcasına deyilən yalandır. Rusiya sürətlə Çinin müstəmləkəsinə çevrilir. Kremlin müasir xarici siyasətinin əsas mənası da budur.  /azadlıq.info

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam