Redaktor seçimi
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Günün xəbəri

"Neftin qiyməti 25-45 dollar arasında dəyişəcək"

 

Neftin əlverişli qiymət diapozonu ilk növbədə Çin iqtisadiyyatında böhranın səviyyəsindən asılıdır.

"Xeberinfo.com":   Məlumata görə, bunu "Report"a Rusiya Qloballaşma və Sosial Hərəkatlar İnstitutu İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Kotlaşov bildirib. 

"Neftin ən aşağı qiymətlərini göstərmək çətindir. Bu, Çində hansı qərarların qəbul ediləcəyindən və Çin sənayesinin tənəzzül səviyyəsindən asılıdır. Real sektorda geriləmə üçün zəmin artıq var, Çinin daşınmaz əmlak bazarı çöküb. Bunun ardınca tikinti sektorunda kollaps başlayacaq, bu isə dünyadakı polad və digər xammalın miqdarının 40%-i deməkdir", - V.Koltaşov qeyd edib. 

Onun sözlərinə görə, Çinin iqtisadiyyatında böyük bir dəyişiklik yetişməkdədir, lakin Pekinin müvafiq ehtiyatları mövcuddur: "Çinlilər böhranın inkişafının qarşısını ala bilərlər, buna görə də 1 barel neft üçün 35-45 ABŞ dolları üzrə aşağı qiymət diapazonunun olacağını gözləmək olar. Bu, çox əlverişli olardı, lakin qiymət aşağı da ola bilər - 25-35 dollar".

V.Koltaşovun sözlərinə görə, Çin hökumətinin özü milli iqtisadiyyatdakı böhrana səbəb olub. 

"İndi Çini xilas etmək axmaqlıq olardı, Çünki o özü-özünü xilas etməlidir. Heç kim onu dünya iqtisadiyyatında sabitliyi pozmağa vadar etmirdi. Onlar  daha əvvəl mövcud olan modeli qoruyub saxlamaq üçün bu addımı atıb. Mən Çində ciddi sosial sarsıntıların olacağını proqnozlaşdırıram", - mərkəzin rəhbəri vurğulayıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam