Redaktor seçimi
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
Günün xəbəri

“Türkiyə bizə silah göndərdi”

 

7d2c8b355d8dde52aacf12eca097b926

 

Həqiqətləri deməyin vaxtı çatıb. İŞİD bizə qarşı hücuma keçən günün gecəsi İran bizə silahla dolu iki təyyarə göndərdi. Türkiyə də silah göndərdi, amma daxili konyunkturadan ehtiyat etdiklərindən bu barədə danışmağımızı istəmədilər. Çünki həmin ərəfədə prezident seçkilərinə hazırlaşırdılar. Həm də İŞİD-in əlində girovları var idi”

    "Xeberinfo.com": Lent.az-ın xəbərinə görə, bu sözləri Şimali İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Bərzani “Sky News”a açıqlamasında deyib.

M.Bərzani yaşanan proseslərdən sonra Türkiyədən özlərinə qarşı daha yaxşı rəftar gözlədiklərini dilə gətirib: “Biz Türkiyədən daha çevik hərəkət etmələrini, daha çox silah göndərmələrini gözləyirdik. Türkiyə qəti qərar verməkdə tərəddüd edirdi. Təbii ki, bunun əsas səbəbi ölkə daxilindəki vəziyyət və İŞİD-in əlindəki girovlar idi. Biz onları yaxşı başa düşürük”.

M.Bərzaninin “Türkiyənin səmimi olduğuna inanırsınız?” sualına cavabı isə belə olub: “Mən Türkiyəni dost olaraq görürəm. Və Türkiyənin Kürdüstan muxtariyyətinin inkişafına qarşı olacağını düşünmürəm. Müstəqilliklə bağlı söhbət tamam başqa məsələdir. Sözün düzü, müstəqillik məsələsində Türkiyə və başqa ölkələrin münasibətinin necə olacağını bilmirəm. Ancaq Türkiyə ilə münasibətlər davam edir. Əlimizdə Türkiyənin İŞİD-i dəstəkləməsinə dair məlumatlar yoxdu”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam