Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Tbilisidə Novruz bayramı münasibətilə konsert təşkil olunub- FOTO

 

 

Gürcüstanın paytaxtı Tbilisidə Novruz bayramı geniş şəkildə qeyd olunub

 

Yenixeber.org: Martın 25-də Gürcüstan Ağsaqqallar Şurasının təşkilatçılığı ilə Tbilisidə Novruz bayramına həsr olunmuş şənlik keçirilib.

Tədbir iştirakçıları, eləcə də Tbilisinin mərkəzindəki Heydər Əliyevparkına toplaşan qonaqlar bayram konsertinə tamaşa edib, müxtəlif bayram sovqatlarının, şəkərbura və paxlavanın dadına baxıblar.

Şura sədri İsaq Novruzov tədbiri açaraq şəhər sakinlərini Novruz bayramı münasibəti ilə təbrik edib, bu bayramın bolluq, ruzi-bərəkət, bərabərlik bayramı olduğunu qeyd edib.

Sonra digər çıxış edənlər azərbaycanlıları və bütün şəhər əhalisini təbrik ediblər. Bildirilib ki, Azərbaycan və gürcü xalqları arasındakı dostluq, qardaşlıq bütün sahələrdə əlaqələrimizin inkişafına xidmət edir.

Sonra aşıqlar, pəhləvanlar, mədəniyyət kollektivləri, eləcə də Tbilisidə səfərdə olan Xırdalan şəhər onbirillik musiqi məktəbinin kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.

Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov "Report"a müsahibəsində deyib ki, Novruz bayramını Gürcüstan paytaxtı Tbilisidə qeyd etməkdə məqsəd xalqımızın adət-ənənələrini nümayiş etdirmək, Novruzun mahiyyəti barədə şəhər ictimaiyyətinə və qonaqlara məlumat verməkdir.

“Azərbaycan xalqının qədim tarixi, mədəniyyəti, Novruz bayramının əsl mahiyyəti barədə hamıya məlumat verilməlidir”, - deyə İsaq Novruzov vurğulayıb.

Bayram şənliyinə gəlmiş balaca fidanlara və qonaqlara Novruz hədiyyələri təqdim olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam