Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

BİR HƏRBİ TƏLİM ABŞ-ın GİZLİ MÜHARİBƏ PLANINI NECƏ ORTAYA ÇIXARDI?-Yanlış raket hücumu xəbərdarlığının sirri çözüldü - TƏHLİL

Sərdar TURQUT,

“Habertürk”ün Vaşinqton təmsilçisi

 

Yenixeber.org: Milli təhlükəsizlik mövzusunda yazan təcrübəli dostlarım bir müddətdir ABŞ hakimiyyətinin hər addımda intensiv müharibə hazırlığı içində olduğunu söyləyirdilər. Bu mütəxəssislər bir neçə gün öncə həyata keçirilən raket hücumu təliminin ABŞ-ın gizlədilən böyük müharibə planını ortaya çıxardığını bildirirlər.

Şimali Koreya ilə çıxa biləcək mümkün bir müharibədə ilk vurulacaq ABŞ torpağı olaraq ortaya çıxan Havay adalarında öncəki gün anidən raket hücumu xəbərdarlığı verildi. Səlahiyyətli şəxslər bunun insan xətası olduğunu açıqlasalar da, milli təhlükəsizlik mütəxəssisləri bunun, əslində, planlı bir təlim olduğunu vurğulayırlar.

Hakimiyyət tərəfindən aparılan müharibə hazırlıqlarında bir hücum xəbərdarlığı halında mülki əhalinin reaksiyalarının sınaqdan keçirilməsinin çatışmazlığı hiss edilirmiş.

Buna görə hərbi xəbərdarlıq sistemlərini dövriyəyə soxmadan, mülki əhalinin reaksiyasının qiymətləndirilməsi üçün bir plan hazırlanmış və sınaq bölgəsi olaraq, Havay adaları seçilmişdir. O sabah Havay adalarında mobil telefonlara, televiziya ekranlarına, avtomobil yollarındakı elektron mesaj lövhələrinə “Bir raket hücumu var, bu, təlim deyildir” xəbərdarlıq mesajı gəlmişdi.

 

Normal müharibə protokolu

 

Mövzulara hakim mütəxəssislər, əslində, normal şərtlər altında xəbərdarlıq üçün tətbiq edilməsi lazım olan protokolun aşağıdakı kimi həyata keçirilməsinin lazım olduğunu söyləyirlər.

Adada olan böhran idarəçilik mərkəzində bir telefon var. Bu, birbaşa ABŞ-ın Sakit okean komandanlığına bağlı olan xətdir. Bu xətdən “Hücum başladı!” xəbərdarlığı gəldikdə ancaq o zaman adadakı xəbərdarlıq sistemi dövriyəyə girir. Sakit okean komandanlığı Şimali Koreyanı 24 saat ərzində hər kvadrat santimetrinədək müşahidə altında saxlayır. Bir raketin atıldığı görüldükdə, Havay adaları daxil olmaqla, bir çox mərkəzə xəbərdarlıq telefonları edilir.

Telefon gəldiyi zaman əsas xəbərdarlıq siqnalı adaların müxtəlif yerlərinə yerləşdirilmiş 394 ədəd mikrofondan verilir. Yəni, həqiqi hərbi xəbərdarlıq belə edilir, o gün isə sadəcə SMS və elektronik sistemlər istifadə edilib. Çünki mülki əhaliyə yönəlik bir təlim keçirən hakimiyyət, hərbi qaynaqları dövriyəyə soxmaq istəməyib.

Mənə deyilən odur ki, əgər hərbi sistem istifadə edilsəydi, yəni, təlim hərbi sistemlə keçirilsəydi, bu, Şimali Koreyada yanlış anlaşıla bilən mesaj ola bilərdi. Bundan çəkinildi. O gün sınaqdan keçirilən sistemlə daha etibarlı formada xalqın təhlükə anında verə biləcəyi reaksiyalar dəyərləndirildi.

 

Şimali Koreyaya mesaj

 

Havay adalarında bütün bunlar olarkən, ABŞ-ın Sakit okean komandanlığının Cənubi Koreyadakı bölməsinə Şimali Koreyadan bir mesajın gəldiyi bildirilir. Şimali koreyalılar, Havay adalarındakı xəbərdarlıq hərəkətliliyini görüncə, özlərini həmən ABŞ tərəfinə “Biz bir raket atmadıq” mesajını vermək məcburiyyətində hiss etmişlər.

Öncəki gün “The New York Times”da, ABŞ ordusunun bir müddətdir Şimali Koreya ilə müharibə ssenariləri üçün hər səviyyədə təlimlər keçirdiyinə dair uzun və detallı xəbər nəşr edildi. Xəbərdə ordunun nüvə obyektlərini ələ keçirib təhlükəsiz hala gətirməsi, müharibə oyunları da daxil olmaqla, müxtəlif bölgələrdə Şimali Koreyaya yönəlik hücum təlimlərinin keçirilməkdə olduğu izah edilir.

 

Ordu nizami müharibəyə hazır deyil

 

ABŞ ordusunun rəhbərliyi, demək olar ki, 20 ildir qlobal terrorizmlə mübarizəyə konsentrasiya olmaları və ordunun illərdir qeyri-nizami silahlı qruplarla asimmetrik müharibələrə ağırlıq verməsi səbəbindən hazırda nizami orduya sahib bir milli dövlətlə müharibə aparmaq qabiliyyətlərinin çox azaldığını təsbit edib. Orduya “Hər addımda müharibəyə hazır olun!” təlimatı verildiyindən, bu anda böyük ordu özünü yenidən nizamlı müharibəyə hazırlamağa çalışırmış. Qloballaşmış dünyanın hər tərəfində yüksəlməkdə olan gərginlik səbəbilə, buna zamanında hazır olub-olmayacaqları isə şübhəlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam