Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

“Dünyanın taleyi Putinin əlindədir“

 

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski növbəti dəfə qalmaqallı bəyanatla çıxış edərək, dünyanın taleyinin Prezident Vladimir Putindən asılı olduğunu dilə gətirib

 

 
"Xeberinf.com" Ukrayna mətbuatına istinadla xəbər verir ki, o bu barədə “Rossiya 24” kanalının canlı efirində aparıcının suallarını cavablandırarkən deyib.
Jirinovskinin sözlərinə görə, ölkəsinə qarşı Şərqi Avropadan tuşlanacaq raketlərdən müdafiə olunması üçün Rusiya çevik şəkildə Polşa və Baltikyanı ölkələri bombardman etməlidir. O, əlavə edib ki, planetin gələcək taleyini bir nəfər müəyyənləşdirir – həmin şəxs də Rusiya prezidenti Vladimir Putindir:
“NATO, Brüssel və Barak Obamanın hansı planlar cızmasından asılı olmayaraq, bu direktivlər yalnız kağız üzərində qalacaq. Məsələyə bir şəxs – Rusiya dövlət başçısı qərar verəcək. Birinci Dünya müharibəsində hər şeyin II Nikolayın qərarından asılı olduğu kimi. Eyni paralelləri İkinci Dünya müharibəsində Stalinin verdiyi bütün doğru və düzgün qərarlarla aparmaq olar. Hazırda da oxşar vəziyyətdir və Üçüncü Dünya müharibəsi ilə əlaqədar qərar artıq verilib. Şərqi Avropadakı cırtdan ölkələrə səslənirəm və həmin dövlətlərə xəbərdarlıq edirəm ki, ərazilərindən NATO qoşunlarını çıxarsınlar. Həmin cinahdan atılacaq ixtiyari bir güllə, yaxud raket həmin ölkələrin anında məhvi ilə nəticələnəcək”.
Xatırladaq ki, hazırda Ukrayna ətrafında hadisələr pik həddə çatıb və bu ölkəyə Rusiyanın hücum ehtimalı daha da yüksək qiymətləndirilir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam