Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Otunbayeva, Atambayev və qırğız nağılının sonu…-İki gün sonra Qırğızıstanın taleyini kim dəyişəcək?

Bu bazar günü – oktyabrın 15-də Qırğızıstan yeni prezidentini seçəcək. Hazırkı ölkə başçısı Almazbek Atambayev isə 6 illik hakimiyyətdən sonra qanunun tələbinə uyğun postunu tərk edəcək. 10-dan artıq namizədin mübarizə apardığı seçki kampaniyası olduqca gərgin şəraitdə keçir. Seçkinin necə nəticələnəcəyinə dair proqnoz vermək olduqca çətin olsa da, o bəllidir ki, namizədlər arasında iki nəfərin şansı daha yüksəkdir – Sooronbay Jeenbekov və Omurbek Babanovun.

Yenixeber.org: Seçkinin favoriti olan  59 yaşlı Sooronbay Jeenbekov prezident Atambeyevin Qırğızıstanın rəhbəri görmək istədiyi şəxsdir. Keçmiş baş nazir, 47 yaşlı Omurbek Babanov isə daha çox müxalif, islahatçı lider rolunda görünür.    

Babanov və Jeenbekov

Qırğızıstan mətbuatı yazır ki, hökumət Jeenbekovun qələbəsini təmin etmək üçün inzibati resurslardan geninə-boluna istifadə edir. Paralel olaraq Babanovun tərəfdarlarına təzyiq olunur. Belə söhbətlər gəzir ki, Babanovun məğlub olacağı təqdirdə, onun kriminal qruplaşmalarla əlaqəsi olan tərəfdarları dövlət çevrilişi etməyə çalışacaqlar. Artıq bu iddialarla bağlı konkret addımlar da atılıb. Və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi parlamentin deputatı Kanatbek İsayevi həbs edib. 

İctimaiyyət ölkənin xüsusi xidmət orqanlarının seçkiyə müdaxiləsini narahatlıqla izləyir. Müşahidəçilərin fikrincə, budəfəki seçkidə əvvəlkilərlə müqayisədə daha çox neqativ hallar yaşanır.

Oktyabrın 13-də "Azad seçkilər uğrunda" hərəkat bəyanat yayaraq hökumətin nəzarətində olan medianın əli ilə yalan, böhtan, qarayaxma kimi, çirkin kampaniya apardığını bildirib. Bəyanatda o da qeyd olunur ki, prezident Almazbek Atambayev seçkiöncəsi kampaniyaya birbaşa qoşularaq öz namizədinin təbliğatını aparır.

Bəzi müşahidəçilər isə ehtimal edirlər ki, hakimiyyət ya bir səbəb taparaq Babanovu seçkidən uzaqlaşdıracaq, yaxud da ikinci tura qərar verəcək.
Mətbuat yazır ki, namizədlərin teledebatlarında rəqiblər siyasi korrektədən kənara çıxıblar. Xüsusən də hakimiyyətin namizədi kimi tanınan Ceenbekov. 

Seçki kampaniyası ilə bağlı ən diqqətçəkən məqamlardan biri də Bişkeklə Astana arasında yaşanan gərginlikdir. 

Nazarbayevlə Babanovun görüşü

Bu gərginliyə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sentyabrın 19-da Almatıda Babanovla görüşməyi rəvac verdi. Nazarbayevin bu addımı prezident Almazbəy Atambayevi olduqca narazı saldı. Və o qonşu dövləti Qırğızıstanın daxili işlərinə qarışmaqda ittiham etdi. 

Şərqi Avropa və beynəlxalq təhqiqatlar mərkəzinin alman eksperti Beate Eşment seçkiyə iki gün qala Qırğızıstanda vəziyyətin olduqca gərgin və narahatverici olduğunu bildirib: "Əsas mübarizə iki rəqib namizəd arasında gedir. Onlardan biri 50 faizdən artıq səs toplasa, ikinci tura ehtiyac qalmayacaq".

Ekspertin fikrincə, seçkiöncəsi kampaniyanın bir aspekti də bəzi namizədlərin milli faktordan istifadə etməsidir: "Ölkənin cənubunda etnik özbəklərin səsi uğrunda mübarizə gedir. Və bu mübarizədə milli faktordan istifadə olunur. Baxmayaraq ki, oradakı qruplar arasında münasibətlər onsuz da gərgindir. Bu olduqca təhlükəli üsuldur".

Beate Eşment deyir ki, səsvermənin nəticələri elan olunandan sonra əhalinin seçkinin ədalətli keçirilməməsinə etiraz olaraq küçələrə çıxacağına inanmır. Amma bu və ya digər qrupların narazı namizəd tərəfindən qızışdırılması istisna deyil. 

Qazaxıstandan olan jurnalist Aleksandr Krasner DW-yə müsahibəsində seçki kampaniyasının gedişini bir qədər fərqli qiymətləndirib: "2011-ci ilin ortalarında jurnalist qrupu ilə o vaxtkı prezident Roza Otunbayeva ilə görüşdük. Həmin görüşdə Otunbayeva dedi ki, istəsə, prezident postunda qalmağa davam edər. Lakin belə qərara gəlib ki, Qırğızıstanın tarixində öz postunu vaxtından əvvəl könüllü tərk edən və demokratik seçkilərin keçirilməsinə şərait yaradan ilk prezident olsun. İndi Atambayev də bu yolla gedir. O hakimiyyətdən gedir. Bəli, o, prezident postunda öz adamını görmək istəyir. Amma indi heç kim bu qırğız nağılının sonluğunu bilmir". 

Almazbek Atambayev

Krasner deyir ki, Atambayevin Nazarbayevə ünvanladığı məlum tənqidi çıxış Qırğızıstan prezidentinin xeyrinə olub: "Bu gün Qazaxıstanda benzin böhranı var. Lakin bir qram nefti olmayan Qırğızıstanda belə problem yoxdur. Onların valyutası daha stabildir. Pensiyalar bizdəkindən bir qədər azdır, lakin kommunal xidmətlər üçün ödənişlər 5 dəfə ucuzdur. Qazıxıstan Qırğızıstandan olduqca kefiyyətli ərzaq alır.
Qazıxıstanda çoxları internetlə Qırğızıstandakı seçki debatlarını izləyir. Qazaxıstan belə bir seçkinin həsrətini çəkir. Bizdə belə şey 90-cı illərin əvvəllərində olmuşdu".

Atambayevin Nazarbayevə ünvanladığı məlum tənqidi çıxış

Beate Eşment əlavə edir ki, avropalı ekspertlər də  Qırğızıstandakı 15 oktyabr seçkilərinin kimin qələbəsi ilə başa çatacağının qeyri-müəyyən olduğunu düşünürlər. Və onlara görə, bu, Qırğızıstanı qonşu dövlətlərdən fərqləndirir: "Yəni heç kim qalibin kim olacağını əvvəlcədən bilmir. Seçki öncəsi kampaniyada qanun pozuntuları olub. Lakin Avropadakı siyasilər buna göz yumurlar. Onlara görə, seçkinin nəticəsi qeyri-müəyyən qalırsa, bu artıq demokratiyadan xəbər verir və deməli, hər şey qaydasındadır".

Seçkidən sonra Qırğızıstanda hansı dəyişikliklərin olacağına gəlincə, alman ekspert bildirir ki, bu hakimiyyətə kimin gələcəyindən asılıdır: "Jeenbakov çətin ki, dəyişikliyə ehtiyac duya. Amma Babanov islahatlara gedə bilər". (Strateq)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam