Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ukraynada bina partladıldı

 

 

Ukraynada hökümət qüvvələrinin ölkənin şərqində separatçılara qarşı əməliyyatları davam etdirilir. 
"Xeberinfo.com": Məlumata görə, Donetsk vilayətinin Snejnıy şəhərində raket zərbəsinin yaşayış binasına tuş gəlməsi nəticəsində azı 11 dinc sakin həlak olub və bina ciddi dağıntıya məruz qalıb. Belə ki, 4 mərtəbəli yaşayış binasına iki ayrı bucaqdan zərbə endirilib ki, binanın divarı bir neçə hissədən uçub, eyni zamanda yaxınlıqdakı yaşayış evi aviazərbədən məhv olub. 
Sağ qalan İqor Çernetsovun sözlərinə görə partlayış səsi qəflətən eşidilib. “Partlayış dalğası məni pəncərədən küçəyə atdı, dördüncü mərtəbədən əlimdə yastığla asfalta yıxıldım. Özümə gələndə bütün toz-duman içində olduğumu gördüm, nəyin baş verdiyini anlaya bilmədim”.
Separatçılar avia-hücumlara görə əsas şübhələri Ukrayna ordusuna yönəltsələr də, rəsmi Kiyev yerli sakinlərin bu iddialarını təkzib edib. Ancaq qanlı hücuma görə kimin cavabdeh olduğunu da bildirməyib. Hər halda üsyançılar qırıcı təyyarələrə və digər aviatexnikaya sahib olmadığından hücuma görə Ukrayna qüvvələrindən şübhələnməyə əsas verir. 
Qeyd edək ki, ardıcıl uğurlu əməliyyatlar nəticəsində Ukrayna qoşunları separatçıların tutduğu ərazilərin yarısını geri ala bilib. Hazırda üsyançıların əsas istinadgahına çevrilmiş Luqansk və Donetsk şəhərləri uğrunda mübarizə gedir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam