Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukraynada dəhşətli döyüşlər davam edir

 

Ukraynanın şərqində son 24 saat ərzində 16 mülki vətəndaş həlak olub, onlarla adam yaralanarkən, BMT zorakılığın yenidən başlamasını "fəlakət" adlandırıb

"Xeberinfo.com":  Milli.Az BBC-yə istinadən bildirir ki, rəsmi Kiyev və separatçılar son insan itkilərinin Donetsk və Luhansk ətrafında baş verdiyini xəbər veriblər.Ukrayna ordusu Debaltsevo məntəqəsi yaxınlığında 5 əsgərini itirdiyini bildirib.
 
Son həftələr ərzində mülki əhali arasında itkilərin sayı kəskin sürətdə artıb.
BMT-nin insan haqları üzrə rəsmisi Zeid Ra`ad Al Hussein Ukraynanın şərqində davam edən silahlı münaqişənin gedişində "beynəlxalq humanitar qanunvericiliyin açıq-aşkar pozulmasının" baş verdiyini vurğulayıb.
 
"Donetsk və Luhanskda avtobus dayanacaqları, ictimai nəqliyyat, məktəb və bağçalar, xəstəxana və yaşayış sahələri döyüş meydanına çevrilir", BMT rəsmisi bəyanatında qeyd edib.
 
"Ukraynanın şərqində yaşayan 5.5 milyon insan üçün münaqişənin yeni eskalasiyası fəlakətli olacaq", Zeid Ra`ad Al Hussein davam edib.
 
BMT Ukraynanın şərqində davam edən münaqişə nəticəsində bugünə kimi 5,350 insanın həlak olduğunu, 12,000 nəfərin yaralandığını bildirib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam