Redaktor seçimi
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
Günün xəbəri

Ukrayna ordusu daha bir şəhəri tutdu

 

Rəsmi Kiyev Artyomivsk şəhərinin terrorçulardan təmizləndiyini açıqlayıb

 

"Xeberinfo.com":  Ukrayna ordusu Donetsk vilayətində daha bir şəhərə nəzarəti ələ keçirib. ANS TV-nin məlumatına görə, rəsmi Kiyev Artyomivsk şəhərinin terrorçulardan təmizləndiyini açıqlayıb. Şəhərdə Ukrayna bayrağı dalğalanır. Bir qədər əvvəl Ukrayna Slavyansk, Kramatorsk, Drujkovka və Konstanivka şəhərləri üzərində nəzarəti bərpa etmişdi.
Ukraynanın şərq hissəsində daha bir hərbi əməliyyat baş tutub. Hərbi hava qüvvələri Luqansk şəhərində separatçıların mövqelərinə raket zərbələri ilə atəş açıb. Nəticədə azı 2 nəfərin öldürüldüyü bildirilir. 
Ukrayna hökuməti ölkənin şərq hissəsi terrorçulardan azad edildikdən sonra hər kəsin öz dilində danışmaq hüquqlarının təmin olunacağına vəd verib.
Ukraynanın şərqində təhlükəsizlik qüvvələrinin ruspərəst separatçılara qarşı sərt müdaxiləsi etirazlarla qarşılanıb. Donetsk şəhərində baş tutan aksiyaya minlərlə insan qatılıb. Fəallar Donetsk uğrunda rəsmi Kiyevə qarşı mübarizə aparan hərbi qüvvələrə dəstək nümayiş etdiriblər. 
Aksiyada Ukrayna hökumətinin üsyançılara qarşı keçirdiyi hərbi əməliyyatlar tənqid olunub. Etiraçılar Rusiyadan kömək istəyiblər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam